ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA)
Venesuelada gizli əməliyyatlar aparmağa icazə verib.
Bunu prezident oktyabrın 15-də təsdiqləyib.
Məxfi təlimat barədə "The New York Times" ABŞ rəsmilərinə istinadla
yazmışdı. Onlar deyirdilər ki, Tramp administrasiyasının Venesuela
ilə bağlı strategiyası Maduronu hakimiyyətdən kənarlaşdırmağı
hədəfləyir. Administrasiya Maduronun narkotik qaçaqmalçılığı
ittihamları ilə bağlı həbsinə aparacaq informasiyaya görə 50 milyon
dollar
təklif edir.
Məlumata görə, MKİ-yə Venesuelada ölümcül əməliyyatlar aparmağa
icazə verilir.
Tramp jurnalistlərə bu qərarını venesuelalıların ABŞ-yə miqrasiyası
və narkotik qaçaqçılığı ilə izah edib.
"Reuters" yazır ki, MKİ xüsusilə soyuq müharibə dövründə Latın
Amerikasında əməliyyatlar aparıb, 20-ci əsrin sonunda kokain
qaçaqçılığı imperiyalarının devrilməsinə kömək edib. Agentlik
MKİ-nin Meksikada axtarılan narkotik alverçilərini izləmək üçün
illərlə gizli əməliyyatlar keçirdiyini yazıb.
Venesuela hökuməti isə Trampın dediklərinin beynəlxalq hüququ
pozduğunu bildirib.
Nikolas Maduro Venesuelada son prezident seçkisində qalib gəldiyini
elan etsə də, müxalifət bununla razılaşmır. Avropa Parlamenti və
ABŞ Dövlət Departamenti Edmundo Qonsalesi Venesuelanın seçilmiş
prezidenti kimi tanıyıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.