İndoneziya, Azərbaycan və Pakistan Qəzza zolağında gələcək
sabitləşdirici qüvvəyə qoşulmağa əsas iddiaçılardır.
Bunu "Politico" ABŞ-nin hazırkı və keçmiş müdafiə rəsmilərinə
istinadla yazıb.
Vəzifədə olan rəsmi belə bir qüvvənin yaradılması üçün danışıqlar
getdiyini, amma heç bir ölkənin öhdəlik götürmədiyini deyib. Amma
daha çox marağı olduğunu deyən ölkələr var.
ABŞ prezidenti Donald Trampın Qəzzada sülhlə bağlı 20-bəndlik
planında
ərəb və digər tərəfdaşlarla birlikdə müvəqqəti
sabitləşdirici qüvvənin yaradılması da var. Bu qüvvənin Fələstin
polisinə təlim keçəcəyi, onu dəstəkləyəcəyi bildirilir. ABŞ Qəzzada
Amerika qüvvələrinin olmayacağını bildirib.
Türkiyənin müdafiə naziri Yaşar Güler ölkəsinin Silahlı
Qüvvələrinin Qəzzada çoxtərəfli əməliyyat qüvvəsində iştiraka hazır
olduğunu deyib.
"Politico" yazır ki, belə bir qüvvənin qurulması aylarla çəkə
bilər. Bir çox diplomatlar və təhlilçilər Trampın planının indiki
fazadan çıxacağına belə skeptik yanaşırlar. Hazırkı atəşkəs
mərhələsində bütün girovların qaytarılması nəzərdə tutulub.
Dərgi Ağ evdən, İndoneziya, Pakistan və Azərbaycan səfirliklərindən
məsələyə münasibət ala bilməyib.
Oktyabrın 13-də Misirdəki sülh sammitinə Azərbaycan prezidenti
İlham Əliyev də qatılıb.
Keçmiş müdafiə rəsmisi deyib ki, İndoneziya və Azərbaycanla bu işin
koordinasiyası Qəzzada sabitləşdirmə işinə mürəkkəblik qatır, çünki
onlar ABŞ Mərkəzi Komandanlığı – CENTCOM-un məsuliyyət zonasına
daxil deyillər. Bu komandanlıq Yaxın Şərq, Orta Asiya, Cənubi
Asiyada hərbi əməliyyatlara cavabdehlik daşıyır.
ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS qruplaşması həftənin əvvəlində
20 sağ israilli girovu qaytarıb, amma əsirlikdə ölmüş 28 girovun
yalnız yeddisini təhvil verib. İsrail HƏMAS-ın razılaşmanı
pozduğunu bildirib.
Hazırda ABŞ və müttəfiqləri planın növbəti fazasına – HƏMAS-ın
tərksilahına çalışır.
2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib,
təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu
hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O
vaxtdan bəri Qəzzada 65 mindən çox insanın öldürüldüyü
bildirilir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.