Mülki fəal Aygül İsayeva məktəblərdə tədris olunan “Azərbaycan
dili və Ədəbiyyatı” fənninin “Etnik azlıqların dili” ilə əvəz
edilməsinə münasibət bildirib.
O, bununla bağlı petisiya tərtib edərək, Gürcüstan Təhsil, Elm və
Gənclər naziriliyinə müraciət edib. İsayeva yazılı müraciətində
bildirir ki, “Azərbaycan dili və ədəbiyyatı” fənninin adı həm
təhsil proqramında, həm dərs saatlarını əks etdirən cədvəldə, həm
də
elektron jurnalda “etnik azlıqların dili” kimi göstərilib.
“Gürcüstanın Təhsil,
Elm və Gənclər naziri cənab Qivi Mikanadzeyə. Biz, aşağıda imza
atan şəxslər, “Etnik azlıqların dili” adlanan fənnin təhsil
proqramından (kurikulumdan) çıxarılmasını və onun əvəzinə
“Azərbaycan dili və ədəbiyyatı” fənninin daxil edilməsini xahiş
edirik. Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən
tərtib edilmiş təhsil proqramında “Azərbaycan dili və ədəbiyyatı”
fənninin adının “Etnik azlıqların dili” termini ilə əvəz olunması
qəbuledilməzdir və bu, Gürcüstan vətəndaşı olan azərbaycanlıların
təhsil hüquqlarına ziddir.
“Azərbaycan dili və ədəbiyyatı” fənninin adı həm təhsil
proqramında, həm dərs saatlarını əks etdirən cədvəldə, həm də
elektron jurnalda “Etnik azlıqların dili” kimi göstərilmişdir.
Fənnin adı, istifadə olunan dərsliklərin adına uyğun şəkildə,
“Etnik azlıqların dili” deyil, “Azərbaycan dili və ədəbiyyatı”
olmalıdır. Həm Sovet dövründə, həm də Gürcüstanın müstəqilliyinin
ilkin illərində təhsil proqramlarında bu fənnin adı “etnik
azlıqların dili” deyil, “Azərbaycan dili və ədəbiyyatı” kimi qeyd
olunurdu. Xahiş edirik, bizim ana dilimizə hörmət əlaməti olaraq
təhsil proqramında, dərs saatlarını əks etdirən cədvəldə və
elektron jurnalda “Etnik azlıqların dili” termini “Azərbaycan dili
və ədəbiyyatı” ilə əvəz olunsun.
Təhsil proqramında, dərs saatlarını əks etdirən cədvəldə və
elektron jurnalda “Gürcü dili və ədəbiyyat” yazıldığı kimi, ana
dilimiz və ədəbiyyatımızla bağlı fənnin adının da “Azərbaycan dili
və ədəbiyyatı” olaraq göstərilməsini məntiqli və məqsədəuyğun hesab
edirik”, - Aygül İsayeva müraciətində
yazır.
O, məktubunda“Etnik azlıqların dili” ifadəsində “Ədəbiyyat”
komponentinin yer almamasının, gələcəkdə ədəbiyyatın tədris
planından çıxarılması ehtimalı ilə bağlı əsaslı narahatlıq
doğurduğunu vurğulayır.
Petisiyaya qol çəkmək üçün
linkə daxil ola bilərsiniz.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.