Maliyyə Nazirliyi Rusiyanın 5 vətəndaşını virtual aktivlərin qeyri-qanuni əməliyyatlarında iştirakına görə həbs edib

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti, Gürcüstan Baş Prokurorluğu ilə koordinasiya çərçivəsində,

qeyri-qanuni sahibkarlıq fəaliyyəti və qanunsuz gəlirlərin leqallaşdırılması faktı ilə bağlı Rusiya Federasiyasının beş vətəndaşını həbs edib.

İstintaq nəticəsində müəyyən edilib ki, bir şirkət, Gürcüstan Mərkəzi Bankının müvafiq qeydiyyatı və icazəsi olmadan, həm qeyri-qanuni ofis, həm də “kuryer” xidməti təklif etməklə virtual aktivlər üzrə xidmət göstərib. Son
bir neçə ay ərzində şirkət yüz milyonlarla lari ekvivalentində virtual aktiv əməliyyatları həyata keçirib və ölkədə beynəlxalq nəzarətsiz əməliyyatlarda iştirak edib.

İstintaq həmçinin göstərir ki, Rusiya Federasiyasının vətəndaşları, Gürcüstana ehtimal ki, sərhəd nəzarətini atlayaraq, avtomobillərlə böyük miqdarda xarici valyuta gətirir və virtual aktivlər alırdılar, daha sonra isə həmin vəsaiti qanuni gəlir kimi təqdim edirdilər. Hətta iri əməliyyatlar aparılsa da, şirkət və fiziki şəxslər büdcəyə heç bir ödəniş etməyiblər.

Tbilisidə müxtəlif yerlərdə keçirilən istintaq tədbirləri zamanı şirkətin ofisindən 371 000 ABŞ dolları, qeydiyyat sənədləri, digər sənədlər və kompüter texnikası götürülüb. Bundan əlavə, bir fiziki şəxsdən virtual aktivlərin alınması üçün veriləcək 100 000 ABŞ dolları, Rusiya qeydiyyat nömrəli avtomobillərdən isə 250 000 ABŞ dolları götürülüb. Cəmi 721 000 ABŞ dolları aşkarlanıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin II hissəsinin “a” bəndi və 194-cü maddənin II hissəsinin “a” və III hissəsinin “g” bəndləri üzrə aparılır. Bu maddələr 9-dan 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İstintaq çərçivəsində digər şəxslərin müəyyən edilməsi, vergidən yayınma və qanunsuz gəlirlərin leqallaşdırılması ilə bağlı əlavə faktların üzə çıxarılması üçün tədbirlər davam etdirilir.

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti maliyyə-iqtisadi sahədə törədilən cinayətlərə qarşı sərt hüquqi siyasətini davam etdirir.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google