Şatdaun hava şirkətlərinin işinə təsir edir, dispetçerlər işə çıxmırlar
ABŞ-də artıq üçüncü həftəyə keçən şatdaun (hökumətin bağlanması) hava şirkətlərinin işinə təsir göstərir. "The Financial Times" yazır ki, oktyabrın 1-də federal hökumət büdcəsinin dondurulması hava nəqliyyatı dispetçerlərinin "əsas işçilər" kimi maaşsız işləməsi deməkdir.

Onları çoxu isə işə çıxmır. Ötən həftə ABŞ nəqliyyat naziri Şon Daffi deyib ki, dispetçerlərin 10 faizi ya xəstə olduğunu deyərək işə çıxmır,
ya da ümumiyyətlə gəlmir.

ABŞ-nin "United" şirkəti ilə tərəfdaşlıq edən "Lufthansa" Almaniya şirkətinin icraçı direktoru Karsten Şpor isə bəzi aeroportlarda ciddi yubanmalar olduğunu söyləyib.

Texasın Ostin, Tennessi ştatının Naşvill aeroportlarında işçilərlə bağlı yubanmalar baş verir. Digər aeroportlarda işçi sayının 50 faizədək azaldığı xəbər verilir.

Milli Hava Dispetçerləri Assosiasiyası üzvlərinə şatdauna baxmayaraq, işə gəlmələrini tövsiyə edib.

Ötən həftə "Delta Air Lines" bildirib ki, şatdaun uzandıqca durumun pisləşəcəyini gözləyir.

Qəzet yazır ki, bu sektor onsuz da dispetçer çatışmazlığından əziyyət çəkirdi. Bu isə maliyyənin kəsilməsi, industriyaya yetərincə adam cəlb edə bilməməklə bağlıdır. Hava şirkətləri isə çoxdan sistemi modernizasiya etməyə çağırırlar.

2018-ci ildə 35 gün çəkən şatdaun uçuşların dayanmasına səbəb olub, hava yollarına on milyonlarla dollar zərər vurub.

ABŞ Konqresi

15 oktyabr
Respublikaçıların planı Senatdan keçmədi. Şatdaun davam edir

Oktyabrın 14-də respublikaçıların planı ABŞ Senatından keçməyib. Oktyabrın 1-dən ölkədə hökumətin bağlanması (şatdaun) davam edir.

Respublikaçıların layihəsi hökumətin əməliyyatlarını noyabrın 21-dək maliyyələşdirməyi nəzərdə tuturdu.

Senatda səkkizinci səsvermə 49-45 nisbəti ilə bitib. Layihənin keçməsi üçün ona 60 səs verilməlidir.

Senatorlar elə ötəndəfəki kimi səs veriblər, dəyişiklik baş verməyib.

Tramp administrasiyası artıq ötən həftədən hökumət agentliklərində federal işçilərin ixtisarına başlayıb.

Demokratlar və respublikaçılar şatdaunun uzanmasına görə bir-birini ittiham edirlər.

Demokratların əsas tələbi milyonlarla amerikalının əlçatan tibbi xidmətə çıxışının təmin olunmasından ötrü subsidiyaların uzadılmasıdır.

6 oktyabr
Şatdaun danışıqları alınmasa, kütləvi ixtisarlar başlayacaq

ABŞ prezidenti Donald Tramp Konqresdəki demokratlarla şatdaun danışıqlarının nəticəsiz olması qərarına gəlsə, administrasiya kütləvi ixtisarlara başlayacaq. Bunu bazar günü Ağ evin aparıcı rəsmisi deyib.

Oktyabrın 6-da ABŞ-də hökumətin qismən bağlanmasının altıncı günü başlayır. Ağ evin Milli İqtisadi Şurasının direktoru Kevin Hasset CNN-in "State of the Union" proqramına deyib ki, demokratların şatdaunu bitirməkdən ötrü geri çəkilmə fürsətinin qaldığını düşünür.

Ağ evin büdcə direktoru Rassel Vout əks halda federal işçilərin ixtisarı ilə hədələyib.

Bazar günü jurnalistlər Trampdan soruşublar ki, administrasiya ixtisarlara nə zaman başlayaq. "Bu hazırda baş verir", – prezidentin cavabı belə olub.

"Reuters" yazır ki, ötən həftədən bəri konqres liderləri arasında danışıqların əsər-əlaməti yoxdur. Şatdaun oktyabrın 1-də, 2026-cı il maliyyə ilinin birinci günündən başlayıb. Senatdakı demokratlar federal agentliklərin noyabrın 21-dək işini maliyyələşdirəcək qısamüddətli layihəni rədd ediblər.

Demokratlar ABŞ-də vətəndaşların Əlçatan Tibbi Xidmət Qanunu (Affordable Care Act) vasitəsilə özəl sağlamlıq sığortası ala bilmələri üçün vergi kreditlərinin daimi uzadılmasını tələb edirlər. Onlar həmçinin Ağ evdən razılaşdırılmış xərclərin birtərəfli ləğv edilməyəcəyi barədə zəmanət istəyirlər.

Senatda respublikaçı çoxluğun lideri Con Tun bildirib ki, o, demokratların narahatlıqlarını müzakirə etməyə hazırdır, amma öncə federal hökuməti yenidən açmaq barədə razılığa gəlməlidirlər.

Oktyabrın 6-da Senat müvəqqəti maliyyələşdirmə qanununu və demokratların alternativ layihəsini beşinci dəfə səsverməyə çıxarmalıdır. Respublikaçıların layihəsi onların nəzarətində olan Nümayəndələr Palatasından keçib.

Layihələrin heç birinin gərəkən 60 səsi yığacağı gözlənilmir.

"Ya hökuməti açın, ya da başqa cür olacaq", – C.Tun "Fox News"un "Sunday Morning Futures" proqramında bildirib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google