Gürcüstan Daxili İşlər Nazirliyi ATƏT-in hazırkı sədri və
Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Rustaveli
prospektində
“yolu bağladığına görə” 5000 lari cərimələndiyini təsdiqləyib. Bu
məlumatı “Interpressnews”a Nazirlikdən bildiriblər.
Xatırladaq ki, ATƏT sədri və Finlandiyanın xarici işlər naziri
Elina Valtonen 14 oktyabrda rəsmi səfərlə Gürcüstanda olub. O,
parlament qarşısında keçirilən aksiyaya gedib və etirazçılarla
söhbət edib.
Ertəsi gün
Gürcüstan hökuməti bəyanat yayaraq bildirdi ki,
“qanunsuz mitinqdə iştirak və yalan bəyanatlar verməyə görə baş
nazir Finlandiyanın xarici işlər naziri ilə nəzərdə tutulan görüşü
ləğv edib.” Sonradan Elina Valtonen Finlandiyanın Helsingin Sanomat
nəşrinə açıqlamasında bildirib ki, Gürcüstanın baş naziri İrakli
Kobaxidze ilə görüş Gürcüstanın deyil, Finlandiyanın təşəbbüsü ilə,
qrafik dəyişikliyi səbəbilə ləğv olunub.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415