Toplaşma və ya mitinqlərlə bağlı qaydaların pozulmasına görə
azyaşlılar da cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Bu halda azyaşlılara tətbiq olunan cinayət cəzası 1 ilə qədər
islahedici iş və ya 1 ilə qədər həbs cəzası olacaq.
Bu istiqamətdə “Gürcü Arzusu” partiyasının qanun layihəsi ikinci
oxunuş çərçivəsində yenidən işlənib.
Layihənin müəlliflərindən və təşəbbüskarlarından biri Arçil
Qorduladze
Hüquq məsələləri komitəsinin iclasında izah edib ki, bu
tədbir profilaktik xarakter daşıyır və azyaşlıların qanunsuz
toplantı və mitinqlərdə iştirakının qarşısını almağa yönəlib.
Parlament dəyişiklikləri sürətli prosedurla müzakirə edəcək.
Dəyişikliklərə əsasən:
• Toplantı və ya mitinq iştirakçısı ilk dəfə üzünü maska ilə
örtərsə, gözyaşardıcı və ya zəhərli maddə daşısa, yolu bağlasa və
ya müvəqqəti konstruksiya qursa, 15 günədək inzibati həbs cəzası
tətbiq olunacaq.
• Əgər qanun pozucu aksiyanın təşkilatçısıdırsa, inzibati həbs 20
günədək olacaq.
Daxili İşlər Nazirliyinin tələbiylə dayandırılmalı olan toplantı və
ya mitinqdə iştirak ilk halda 60 günədək inzibati həbslə
nəticələnəcək. Eyni zamanda, toplantıda silah, pirotexnika və ya
başqalarının həyat və sağlamlığına zərər vurmaq üçün istifadə
edilən hər hansı obyekt daşıyan şəxslərə də 60 günədək inzibati
həbs tətbiq ediləcək.
Cinayət məsuliyyətinə gəldikdə isə, “Gürcü Arzusu” qanun layihəsinə
görə, yuxarıda göstərilən qadağan olunmuş hərəkətlərin təkrar
edilməsi bir ilədək, üçüncü və hər növbəti eyni qanunsuz hərəkət
isə iki ilədək cinayət məsuliyyətinə səbəb olacaq.
Bundan əlavə, Cinayət Məcəlləsinə yeni maddə əlavə olunur ki, bu
maddəyə əsasən, hüquq-mühafizə orqanının əməkdaşını üçüncü dəfə
təhqir edən və ya onun qanuni göstərişinə əməl etməyən şəxslər
cinayət məsuliyyətinə cəlb ediləcək.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.