NATO-nun müdafiə nazirləri Avropada 'dron divarı'nı müzakirə edirlər
ABŞ-nin müdafiə naziri Pit Heqset Moskvaya Ukraynaya qarşı müharibəni dayandırması üçün sərt xəbərdarlıq edib. NATO-nun müdafiə nazirləri Brüsseldə xərcləmə hədəflərini, Kiyevə yardımı, havadan müdafiə sistemlərini müzakirə ediblər.

Heqset oktyabrın 15-də Brüsseldə çıxışında deyib ki, müharibə tezliklə bitməsə, Vaşinqton və müttəfiqləri Rusiyaya təcavüzü davam etdirdiyinə görə bədəl ödətdirəcək.

"Bu addımı atmalı olsaq, ABŞ Müdafiə Nazirliyi yalnız ABŞ-nin edə biləcəyi yollarla öz payını verməyə hazırdır", – Heqset deyib.

O, detallı danışmayıb. Bu arada ABŞ prezidenti Donald Trampın oktyabrın 17-də Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə Kiyevin uzunmənzilli "Tomahawk" raketləri əldə etmək istəyi barədə də danışacağı bildirilir.

"Bu faciəli müharibəni bitirmək, lazımsız qan tökülməsini dayandırmaq və sülh masasına əyləşmək vaxtıdır",
– Heqset deyib. O əlavə edib ki, bu müharibə prezident Trampın dövründə başlamayıb, "amma onun dövründə bitəcək".

Avropa İttifaqının icra orqanı isə bu gün – oktyabrın 16-da "dron divarı" layihəsini əhatə
edən 5 illik müdafiə yol xəritəsini təsdiqləməyə hazırlaşır. Bu divarın 2027-ci ilin sonunadək tam işə düşməsi planlaşdırılır.

AzadlıqRadiosu Aİ-dəki diplomatik mənbədən həmin planı əldə edib. Avropa Komissiyasının planında Rusiya və Belarusun "ən böyük təhlükə" olduğu bildirilir, Aİ üzvlərinə dronlarla təkrarlanan hücumlar qeyd edilir.

Ən təcili məsələ havadan müdafiədir
İyunda Haaqa sammitində 32 ölkədən ibarət alyans 2035-ci iləcən ÜDM-nin 5 faizini müdafiəyə xərcləmək öhdəliyi götürüblər.

AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak yazır ki, avropalılar müdafiə xərclərinin artırılmasının ABŞ ilə münasibətləri üçün yaxşı olduğunu anlayırlar, amma məyusluq da var. Bir diplomat adının çəkilməməsi şərtiylə deyib ki, Ukraynaya ABŞ silahının NATO vasitəsilə verilməsi optimal seçim deyil, çünki bu halda "iki dəfə ödəniş etməli oluruq: birinci ABŞ müdafiə sənayesi, sonra isə özümüz üçün".

Hazırda ən təcili məsələ isə Avropanın havadan və raketlərə qarşı müdafiəsinin inteqrasiyasıdır. NATO-nun baş katibi Mark Rutte gələn illərdə alyansın havadan müdafiəyə xərclərini 400 faizədək qaldırmalı olduğunu deyib. Son vaxtlar Rusiya NATO hava məkanına dron müdaxilələrini artırıb.

Rusiyanın təhdidinə qarşı Amerikanın "Patriot", Almaniyanın "IRIS-T", İtaliya-Fransanın "SAMP-T" sistemləri var. Bu üç sistem eyni vaxtda istifadə oluna bilər.

Kopenhagen hava limanında uçuşlar dronlara görə tam dayandırılmışdı.

Xeyli sayda Avropa ölkəsi "Patriot" əldə etmək istəyir deyə, növbə siyahısı yaranıb və illərlə çəkə bilər. "Patriot" uzaqmənzilli ballistik raketlərdən müdafiəyə fokuslanıb, "IRIS-T" isə yaxın- və ortamənzilli raketlərə, dronlara qarşı effektlidir. Üstəlik, azından indilik "IRIS-T" daha ucuzdur və potensial alıcılar onu daha tez əldə edə bilərlər.

Üç konsept işlənir
R.Yozvyak hazırda Avropanın hava məkanının qorunması üçün üç konseptin işləndiyini yazır: NATO-nun "Şərq gözətçisi" təşəbbüsü, Aİ-nin "dron divarı" və ona əlavə olaraq "Şərq cinah patrulu".

"Şərq gözətçisi" Rusiya dronları sentyabrda Polşanın hava məkanında girəndə dərhal işə salınıb. Bir sıra Avropa ölkələri, əsasən, qırıcılarla bu nəzarət işinə qoşulublar.

"Şərq cinah patrulu" təşəbbüsünü Avropa Komissiyası ortaya atıb, məqsəd şərqi quru, hava və dəniz sərhədlərini dörd elementlə gücləndirməkdir: düşmən qüvvələrinin hərəkətini çətinləşdirmək üçün fortifikasiyalar formasında quru müdafiəsi; Avropa hava məkanına daxil olan dronları aşkarlayaq izləyən və qarşısını alan "dron divarı"; Baltik və Qara dənizlərdə təhlükəsizlik və səmadan gələn təhlükələri izləyən sistem. Aİ-nin yaxın illərdə müdafiə büdcəsi 130 milyard avrodan (151 milyard dollar) artıq ola bilər və razılaşdırılası çox məsələlər var.

Avropa liderləri antidron sistemlərinin vacibliyi məsələsinə razılaşırlar. Amma belə bir narahatlıq da var ki, dron texnologiyası və taktikası elə sürətlə irəli gedir ki, "dron divarı" iki-üç ilə işə salınanda artıq gərəksiz, köhnəlmiş ola bilər.

Sentyabrın 22-də Kopenhagen aeroportunda nəqliyyatın işini pozan dörd böyük dron NATO-nun içərisindən buraxılmışdı. Ona görə də Avropa liderləri belə bir "divar"ın nə dərəcədə faydalı olacağını da sual edirlər.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google