“Gürcüstanlı sürücülərin yerinə Rusiyalı sürücülər və ya
tamamilə rus nəqliyyat vasitələri istifadə ediləcək ki,
bu da həm ixracı, həm də idxalı bahalaşdıracaq və nəticədə ərzaq
qiymətlərinə təsir edəcək,” – bunu “Tərəvəz və meyvə ixracçıları
assosiasiyasının” rəhbəri Vaxtanq Bejitaşvili “Businesspressnews”a
açıqlamasında bildirib.
Xatırladaq ki, Rusiya Federasiyasında Gürcüstan yük maşını
sürücüləri üçün yeni qaydalar qüvvəyə minib. Dəyişikliklərə görə,
sürücülərin
Rusiya ərazisində qalma müddəti 180 gün əvəzinə 90 gün
müəyyən edilib. Bu müddət sürücülər üçün kifayət deyil və bəzi
hallarda gürcülər deportasiya edilib. Nəticədə, onlar 5 il
müddətində Rusiya ərazisinə daxil ola bilməyəcəklər.
Vaxtanq Bejitaşvilinin “Businesspressnews”a bildirdiyinə görə,
Rusiya bunu etməklə Ukraynaya qarşı tətbiq olunan sanksiyalar
şəraitində, Qərb ölkələrinə yük daşımaq imkanı olmadıqda belə,
Gürcüstanda nəqliyyat fəaliyyətini aktivləşdirməyə çalışır ki, bu
da onların iqtisadiyyatına kömək edəcək.
“Gürcüstanlı sürücülər iqtisadiyyatımıza böyük töhfə verirlər.
Logistika baxımından ixracın çox əhəmiyyətli hissəsi nəqliyyatdır.
Bu maşınlar həm ölkədən çıxıb yükləri daşıyır, həm də idxal olunan
malları gətirir. Peşəkar kadr çatışmazlığı əvvəldən mövcud idi və
vəziyyət daha da pisləşəcək. Çox sayda insan bu situasiyaya düşüb…
demək olar ki, bir çoxu müəyyən sahədə işini itirib.
Rusiya öz nəqliyyat vasitələrini, müharibə və sanksiyalar
səbəbindən, artıq Avropaya fiziki olaraq göndərə bilmir. Gürcüstan
bazarı onların nəqliyyatı üçün böyük olmasa da, maksimum şəkildə
istifadə etməyə çalışır. Digər çıxış yolu artıq yoxdur. Nəqliyyatı
buraya yönəldərək, çətin vəziyyətdə olan iqtisadiyyatlarını bir
qədər də olsa gücləndirməyə çalışırlar. Bizim iqtisadiyyatı zərərə
qoymaqla öz iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq istəyirlər.
Bu mənfi tendensiya həm ixraca, həm də idxala təsir edəcək.
Gürcüstanlı sürücülərin yerini Rusiyalı sürücülər və ya tamamilə
rus nəqliyyat vasitələri əvəz edəcək. Bu, artıq çətin vəziyyətdə
olan gürcü nəqliyyatına ciddi zərbə vuracaq. Nəticədə logistika
baxımından ixrac və idxal bahalaşacaq, ixracın rəqabətli qiymətləri
artacaq və həcm azalmaları da ola bilər. İdxalın bahalaşması isə
ərzaq qiymətlərinə birbaşa təsir edəcək.
Təəssüf ki, Gürcüstan iqtisadiyyatı böyük ölçüdə Rusiyaya bağlıdır
və nəqliyyat baxımından tamamilə Rusiyaya bağlı olmaq,
iqtisadiyyatımızın bir sektorunun daha da pisləşməsinə səbəb
olacaq,” – deyə Bejitaşvili qeyd edib.
Assosiasiya rəhbərinin fikrincə, Gürcüstan tərəfi də müvafiq
tədbirlər görməli və Rusiyalıların ölkədə qalma müddətini
məhdudlaşdırmalıdır.
“Müvafiq xidmətlər işləməli və müəyyən əks-effekt
yaratmalıdırlar. Əgər biz məhdudlaşdırılırıqsa, Rusiyalı
vətəndaşların da Gürcüstanda qalma müddəti məhdudlaşdırılmalıdır
ki, müəyyən güzəştlər əldə edə bilək,” – deyə
Bejitaşvili bildirib.
Deportasiya edilmiş sürücülər Xarici İşlər Nazirliyindən kömək
gözləyirlər. “Nəqliyyat dəhlizlərinin tədqiqat mərkəzi”nin
məlumatına görə, Xarici İşlər Nazirliyinə Gürcüstanlı sürücülərin
deportasiyası ilə bağlı müraciət daxil olub və müraciətə altı
deportasiya edilmiş sürücünün sənədləri əlavə edilib.
“Müraciət edirik ki, Gürcüstanlı sürücülər üçün
problemin optimal həlli yolu tapılsın,” – deyə
müraciətdə bildirilir.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.