Marneulinin yeni seçilmiş meri və Bələdiyyə Məclisi oktyabrın 29-da
səlahiyyətlərini icra etməyə başlayacaq.
Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, 2025-ci il
oktyabrın 4-də keçirilmiş seçkilər nəticəsində seçilmiş merlər
oktyabrın 29-da fəaliyyətə başlayacaq, oktyabrın 30-da isə
Bələdiyyə Məclisinin ilk iclası keçiriləcək.
“Seçki Komissiyası fərman qəbul edib və 30 oktyabr,
saat 11:00-da bütün Gürcüstan üzrə 2025-ci il oktyabrın 4-də
keçirilmiş seçkilər nəticəsində seçilmiş bələdiyyələrin
nümayəndəlik orqanlarının – Bələdiyyə Məclislərinin ilk iclaslarını
çağırıb. Tbilisidə Bələdiyyə Məclisinin ilk iclasını MSK sədri
Qiorqi Kalandarişvili, bölgələrdəki iclasları isə müvafiq dairə
seçki komissiyalarının sədrləri açacaqlar,” – MSK-nın
bəyanatında deyilir.
Yerli özünüidarə seçkiləri nəticəsində Marneuli meri “Gürcü Arzusu”
partiyasının namizədi Daur İsmayılov seçilib. Marneuli Bələdiyyə
Məclisi 35 üzvdən ibarət olacaq, onlardan 34-ü “Gürcü Arzusu”, 1-i
isə “Lelo – Güclü Gürcüstan” partiyasının nümayəndəsidir.
Qeyd edək ki, 2025-ci il oktyabrın 4-də Gürcüstanda yerli
özünüidarə seçkiləri keçirilib. Seçki prosesi əvvəlki seçkilərdən
fərqli olub, çünki əksər müxalifət partiyaları 2024-cü il parlament
seçkilərini tanımadıqlarını və qeyri-legitim hökumət tərəfindən
təyin edilmiş seçki komissiyasına etibar etmədiklərini bildirərək
seçkiləri boykot ediblər.
Əksər beynəlxalq və yerli müstəqil təşkilatlar isə seçkiləri
müşahidə etməyiblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.