İstintaq Xidməti kommersiya rüşvəti, saxta rəsmi sənəd hazırlama və yayma faktı ilə bağlı üç şəxsi saxlayıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Potidə kommersiya rüşvəti və saxta rəsmi sənəd hazırlama və yayma faktı ilə bağlı üç şəxsi saxlayıb.



İstintaq zamanı müəyyən edilib ki, həbs olunanlar Potidə yerləşən texniki baxış mərkəzlərindən birində inspektor vəzifəsində çalışırdılar və onların vəzifəsinə nəqliyyat vasitələrinin texniki yoxlamasını həyata keçirmək daxil idi.

Onlar şəxsi maddi fayda əldə etmək
məqsədilə cinayətkar əlaqədə olduqları şəxslərlə birlikdə texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinə müsbət texniki baxış hesabatları veriblər. Əvəzində isə vətəndaşlardan rəsmi olaraq müəyyən edilmiş rüsumdan əlavə qanunsuz pul alıblar.

İstintaqın məlumatına görə, həmin mərkəzdə sistematik olaraq texniki cəhətdən nasaz nəqliyyat vasitələrinə saxta müsbət hesabatlar verilirmiş. Bu məsələ ilə bağlı müvafiq istintaq hərəkətləri davam etdirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 3-cü hissəsi və 362-ci maddəsinin 1-ci hissəsi ilə aparılır, bu isə 2 ildən 4 ilədək həbs cəzasını nəzərdə tutur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google