Rusiya prezidenti Vladimir Putin "xarici agent" elan edilən
şəxslərin cinayət məsuliyyətinə cəlbini asanlaşdıran qanun
imzalayıb.
Cinayət Məcəlləsinin 330.1-ci maddəsinə – "xarici agent"in üzərinə
düşən öhdəlikləri yerinə yetirməməsi ilə bağlı maddəyə dəyişiklik
edilir. Belə ki, indiyədək İnzibati Xətalar Məcəlləsinin "xarici
agent fəaliyyətinin qaydalarının pozulması" maddəsi üzrə iki dəfə
cərimədən sonra cinayət işi başlana bilərdi. İndi isə bir
dəfə
cərimə bəs edəcək.
Dövlət Duması qanun layihəsini sentyabrın 25-də qəbul edib.
Təhlükəsizlik komitəsinin rəhbəri Vasili Piskaryov bildirib ki,
2023-2025-ci illər ərzində "xarici agent" kimi tanınan şəxslər
barəsində 1620 inzibati protokol tərtib olunub.
"Xarici agent" mahnısı
Sankt-Peterburqda isə küçə müğənnisi Naoko adı ilə tanınan Diana
Loqinova saxlanılıb. Bu barədə "Rotonda" nəşrinə məlumat verən
Daxili İşlər Nazirliyi onun hansı əsasla saxlanıldığı
açıqlanmayıb.
Bilinən odur ki, Loqinovanın vokalisti olduğu "Stoptime" küçə
musiqi qrupu Rusiyada "xarici agent" elan olunmuş və müharibəyə
qarşı çıxan sənətçilərin mahnılarını da ifa edir. Qrupun ifasında
reper NoizeMC-yə aid "Kooperativ "Qu gölü"" mahnısı internetdə
geniş yayılıb. Bu haqda xarici media da yazıb. O da qeyd olunub ki,
antimüharibə və anti-Putin səslənən bu mahnını sənətçilərlə
birlikdə onlarla gənc də birgə oxuyur.
"Stoptime" musiqiçilərini avqustda saxlayıb cərimələyiblər. Amma
onlar repertuarı dəyişməyəcəklərini deyiblər.
Sankt-Peterburqun Dzerjinski rayon Məhkəməsi “Stoptime” qrupunun 18
yaşlı vokalçısı Diana Loqinovanı (Naoko) və barabançı Vladislav
Leontyevi 13 sutka, gitaraçı Aleksandr Orlovu isə 12 sutka
müddətinə inzibati həbs edib. Bu barədə "Mediazona", "Fontanka" və
"Bumaqa" xəbər verir.
Musiqiçilərə bu cəza vətəndaşların kütləvi toplaşmasını təşkil
etməklə ictimai asayişi pozma maddəsi üzrə verilib.
"Fontanka" yazır ki, Loqinova barəsində "orduya qarşı hörmətsizlik
və ya onu nüfuzdan salma" maddəsi üzrə də protokol tərtib olunub,
amma, hələlik, məhkəməyə təqdim edilməyib.
Bu, Rusiyada musiqiçinin ictimai şəkildə müxalif mahnı ifa etdiyi
üçün ilk həbs halıdır, - "Aqentstvo" yazır.
"Arzuolunmaz" təşkilatın saytına link
Yaroslavl şəhərindəki Lenin rayon Məhkəməsinə isə "arzuolunmaz"
təşkilatın fəaliyyətində iştirak ittihamı ilə "Linqvist" dil
mərkəzinə qarşı iş daxil olub. "Mediazona" dil mərkəzinin
rəhbərliyindən anonim qalmaq istəyən bir şəxsə istinadla yazıb ki,
cinayət işinə köhnə bir məqalədə "British Council" təşkilatının
saytına linkin verilməsi olub.
"O linki köhnə bir məqalədə tapıblar. Təbii ki, onu tez
bir zamanda sildik, amma məhkəmə yenə də
keçiriləcək", – mənbə deyib.
Rusiya Baş Prokurorluğu "British Council"ı "arzuolunmaz təşkilat"
kimi tanıyıb, təhsil, mədəniyyət sahəsində Britaniyanın
maraqlarının təbliğində ittiham edib. Bundan sonra, Rusiyanın ali
təhsil müəssisələri "British Council" ilə əlaqəli beş dil
imtahanının (IELTS, CAE, CPE, BEC "Vantage" və "BEC Higher")
nəticələrini qəbul etməyi dayandırıblar.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.