Son illərdə Azərbaycanda iqlimlə bağlı ekstremal hadisələrin
intensivliyi kəskin şəkildə artıb.
AZƏRTAC-ın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər
nazirinin müavini Umayra Tağıyeva III Azərbaycan Milli Şəhərsalma
Forumu çərçivəsində keçirilən "İqlim dəyişikliyi və şəhərlərin
dayanıqlığı" mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
Nazir müavininin sözlərinə görə, son 10 ildə ölkədə daşqın
hadisələrinin sayı 80 dəfə, quraqlıqların
müddəti 80 faiz, 30
dərəcədən yuxarı temperatur olan günlərin sayı altı dəfə artıb.
Habelə meşə yanğınları beş dəfə, güclü küləklər isə 12 dəfə
çoxalıb, yağıntı hadisələrinin tezliyi isə altı dəfə artıb.
"Bu rəqəmlər göstərir ki, ölkədə hava şəraiti ilə bağlı
güclü erkən xəbərdarlıq sistemlərinin yaradılması və
təkmilləşdirilməsi həyati əhəmiyyət daşıyır", –
U.Tağıyeva vurğulayıb.
O əlavə edib ki, iqlim dəyişiklikləri nəticəsində Azərbaycana daxil
olan su ehtiyatları 30 faiz azalıb.
Xatırlatma
Son illər Azərbaycanda həm içməli, həm də texniki su qıtlığı ilə
bağlı şikayətlər eşidilir. Rayonlarda ayrı-ayrı fermerlər su
qıtlığı üzündən məhsullarının böyük həcimdə ziyan çəkdiyini
deyirlər. Paytaxtın özündə isə bəzi ərazilərdə günlərlə, həftələrlə
suyun verilmədiyi bildirilir. Üstəlik, son illər Bakıda bir çox
ərazilərdə suyun verilməsi gün ərzində normalara bölünür.
Rəsmilərin vədlərinə görə, ölkədə 2030-cu ilə qədər içməli 90,
suvarma suyuna isə tələbatın 95 faizi səmərəli şəkildə
ödənməlidir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.