Salome Zurabişvili – Kobaxidzenin təhsil islahatı ilə bağlı bəyanatı 2024-cü il 28 noyabr tarixli anti-Avropa bəyanatına bərabərdir – Kobaxidze bu dəfə Gürcüstanı Avropa təhsil sistemindən ayırır
“Kobaxidzenin dünənki bəyanatı təhsil üzrə yeni islahat barədə 2024-cü il 28 noyabrda səsləndirilmiş anti-Avropa bəyanatına bərabərdir! Bu dəfə bizi təkcə Avropanın siyasi gələcəyindən deyil, həm də Avropa təhsil sistemindən ayırır!” – bunu Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Gürcüstan Boloniya prosesindən çıxır. Halbuki bu prosesə iyirmi il əvvəl qoşulmaq gürcü tələbələrinə
Avropanın aparıcı universitetlərinə qəbul olmaq və uğur qazanmaq imkanı vermişdi.

Zurabişvili bildirib:

„Kobaxidzenin dünənki bəyanatı təhsil islahatına dair, 2024-cü il 28 noyabrın anti-Avropa bəyanatına bərabərdir! Bu dəfə bizi təkcə Avropa siyasi gələcəyindən deyil, həm də Avropa təhsil sistemindən ayırır! Ali təhsil sistemində 3+1 modelinə keçid (Boloniya prosesindəki 3+2+3 modeli əvəzinə) məhz bunu göstərir!

Gürcüstan Boloniya prosesindən çıxır — bu isə Avropa ali təhsil məkanından (EHEA) çıxmaq, diplom ekvivalentlərinin itirilməsi deməkdir... Buyurun! Qorili müəllimləri Rusiyaya göndərin, öz övladlarınızı isə Tbilisidəki bahalı Avropa məktəblərinə və sonra özəl Amerika və ya Avropa universitetlərinə!“
– Zurabişvili yazıb.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google