Niderlandın Ali Məhkəməsi Moskvanın YUKOS neft şirkətinin keçmiş
səhmdarlarına təxminən 50 milyard dollar ödənilməsi ilə bağlı
kassasiya şikayətini rədd edib.
Məhkəmənin mətbuat xidməti oktyabrın 17-də bu barədə açıqlama
yayıb.
Rusiya Haaqadakı Arbitraj Məhkəməsinin qərarından Ali Məhkəməyə
şikayət vermişdi. Bu məhkəmə 2014-cü ildə YUKOS-un səhmdarlarının
xeyrinə qərar çıxarıb.
2014-cü ilin arbitraj qərarları– Rusiyanın "Hulley Enterprises
Ltd.", "Veteran Petroleum
Ltd." və "Yukos Universal Ltd." (HVY)
şirkətlərinə 50 milyard dollar ödəmək öhdəliyi qüvvədə
saxlanılıb.
Haaqadakı Arbitraj Məhkəməsi Moskvanın YUKOS-un iflasına səbəb olan
hərəkətlərlə beynəlxalq öhdəliklərini pozması qərarına gəlib.
Moskva isə bu qərarı mübahisələndirib. İş bir dəfə Niderland Ali
Məhkəməsinə verilib, məhkəmə işi Amsterdam Apellyasiya Məhkəməsinə
geri qaytarmışdı. 2024-cü ilin fevralında həmin məhkəmə yenidən
keçmiş YUKOS səhmdarlarının xeyrinə qərar çıxarıb. İndi isə bu
hökmü Ali Məhkəmə təsdiqləyib.
Əsas səhmdarları Mixail Xodorkovski və Leonid Nevzlin olan YUKOS
2000-ci illərin əvvəllərində Rusiyanın ən böyük neft şirkəti olub.
2006-cı ildə şirkət iflas edib, çünki onun əsas qurucusu
Xodorkovski mənimsəmə və vergidən yayınma ilə bağlı cinayət işi
üzrə təqsirləndirilib. İşadamı bu təqibləri siyasi motivli hesab
edib. Şirkətin böyük hissəsi dövlət nəzarətində olan qurumlara
keçib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.