Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) məlumatına görə, İrakli
Qaribaşvilinin və daha 7 nəfərin evlərində aparılmış axtarış zamanı
götürülmüş sənədlərin
və elektron qurğuların təhlili, həmçinin nağd pulların mənşəyinin
müəyyənləşdirilməsi prosesi davam edir. Bu mərhələdən sonra həmin
şəxslərlə bağlı hüquqi tədbirlər görüləcək.
Qurumun açıqlamasında bildirilir ki, hazırda İrakli Qaribaşvili,
Qriqol Liluaşvili, Otar Partsxaladze, Romeo Mikiautadze, Mixeil
Çoxeli, Vano və Tornike
Parkaulilər, həmçinin Andria (Sandro)
Liluaşvili və onların ailə üzvlərinin evlərindən götürülən sənədlər
və elektron cihazlarda olan məlumatların öyrənilməsi aparılır.
DTX-nin məlumatına əsasən, ümumilikdə 7 002 200 ABŞ dolları və 136
000 lari məbləğində nağd pul, 198 ədəd qiymətli bəzək əşyası və
saat, bahalı rəsm əsərləri, bir neçə min səhifəlik sənədlər, 50
ədəd mobil telefon və 119 ədəd elektron cihaz götürülüb.
Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin və Gürcüstan Baş
Prokurorluğunun istintaq bölmələrinin əməkdaşları tərəfindən bu
sənədlərin və cihazlardakı məlumatların intensiv şəkildə təhlili
aparılır, həmçinin götürülmüş nağd pulların real mənşəyi
müəyyənləşdirilir. Bu mərhələdən sonra toplanmış məlumat əsasında
növbəti istintaq-əməliyyat tədbirləri planlaşdırılacaq və müvafiq
şəxslərə qarşı hüquqi reaksiya veriləcək.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.