Dövlət Təhlükəsizlik Xidməti dünən keçirilmiş axtarışla bağlı
məlumat yayıb və bildirib ki, İrakli Qaribaşvilinin, Qriqol
Liluaşvilinin, Otar Partsxaladzenin, Romeo Mikautadzenin,
Mixeil Çoxelinin, Vano və Tornike Parkaulilərin, Sandro
Liluaşvilinin və onların ailə üzvlərinin yaşayış evləri
yoxlanılıb.
DTX-nin məlumatına görə, müxtəlif yerlərdən ümumilikdə 7 002 200
ABŞ dolları, 136 000 lari, 198 ədəd zinət əşyası və saat, bahalı
rəsm
əsərləri, bir neçə min səhifəlik sənədlər, 50 mobil telefon və
119 ədəd elektron qurğu götürülüb.
Qurum bildirib ki, ictimai marağı nəzərə alaraq, dünən keçirilmiş
kompleks əməliyyat barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Məlumata əsasən, dünən saat 10:00-dan etibarən ölkə üzrə 24 mənzil
və evdə, o cümlədən Tbilisidə, Dedoplistsxaro, Vani, Çoxatauri və
Borjomi rayonlarında axtarış aparılıb. Axtarışlara Gürcüstan
Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin təxminən 230
əməkdaşı cəlb olunub.
Hazırda DTX və Baş Prokurorluğun istintaq şöbəsinin əməkdaşları
tərəfindən götürülmüş sənədlər və elektron avadanlıqlar üzərindəki
məlumatların intensiv şəkildə təhlili aparılır, həmçinin götürülmüş
nağd pulların mənşəyi müəyyənləşdirilir. Bundan sonra əldə olunmuş
məlumatlara əsasən növbəti istintaq-əməliyyat tədbirləri
planlaşdırılacaq və müvafiq şəxslərə qarşı hüquqi reaksiya
veriləcək.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.