Qrup halında quldurluq ittihamı ilə 5 yeniyetmə saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Yeniyetmələr İşləri Baş İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində paytaxtda 5 yeniyetməni saxlayıblar. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

“Məqalə 179-cu maddə – quldurluq üzrə qrup halında törədilmiş cinayət ittihamı ilə saxlanılanlar bunlardır: 2009-cu il təvəllüdlü Q.A., 2008-ci il təvəllüdlü L.Z., 2007-ci il təvəllüdlü M.M., 2008-ci il təvəllüdlü
L.Q. və 2008-ci il təvəllüdlü L.Ts.

Cinayət 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İstintaq müəyyən edib ki, ittiham olunan yeniyetmələr soyuq silahdan istifadə edərək qrup halında əcnəbi vətəndaş olan taksi sürücüsünə hücum ediblər. Fiziki zorakılıq və həyatla hədələmə yolu ilə onlar avtomobil salonunda olan pulu ələ keçiriblər və hadisə yerindən qaçıblar.

Quldurluq hücumu nəticəsində xəsarət alan əcnəbi vətəndaş tibbi yardım göstərilməsi üçün klinikaya aparılıb.

Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə (quldurluq) üzrə araşdırılır,”
– deyilir rəsmi məlumatda.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google