Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev
Gürcüstanın Baş Naziri İrakli Kobaxidzenin “Gürcüstan İctimai
Televiziyası”nda səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb.
Şeyx bildirib ki, Baş Nazir Avropada miqrasiya problemlərindən
danışarkən “Məhəmməd” adını qeyd edib və bu ifadə müsəlman
icmasında müəyyən anlaşılmazlıq və bəzi hallarda narahatlıq
yaradıb.
Nəbiyevin bəyanatını olduğu kimi sizə təqdim edirik
“Gürcüstanın Baş Naziri İrakli Kobaxidze tərəfindən
Gürcüstan İctimai Televiziyasında səsləndirilmiş açıqlama ilə tanış
oldum.
Baş Nazir Avropada miqrasiya problemlərindən danışarkən “Məhəmməd”
adını qeyd etmişdir. Bu ifadə müsəlman icmasında müəyyən
anlaşılmazlıq və bəzi hallarda narahatlıq yaratmışdır.
Mən, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi olaraq, bu
məsələ ətrafında cəmiyyətdə yaranmış reaksiyanı anlayıram.
“Məhəmməd” adı dünyanın bir çox ölkələrində ən çox yayılmış
adlardan biridir. Bu ad Məhəmməd Peyğəmbərə (s) olan sevgi, mənəvi
saflıq və xeyirxahlıqla əlaqələndirilir. Bu səbəbdən, belə bir adın
ictimai diskussiyalarda çəkilməsi zamanı həssaslıq göstərilməlidir
ki, möminlərin hisslərinə toxuna biləcək yanlış təəssürat
yaranmasın.
Eyni zamanda, biz inanırıq ki, səsləndirilmiş ifadə kontekstdən
çıxarılmışdır və cənab İrakli Kobaxidzenin fikirləri nə İslama, nə
də dünya müsəlmanlarına qarşı yönəlməmişdir.
Biz Gürcüstanda mövcud olan dini azadlıqlar mühitini, dövlətin
tolerant siyasətini və bütün dini icmalara bərabər münasibət
prinsipini yüksək qiymətləndiririk. Baş Nazir tərəfindən Ramazan
aylarında iftar süfrələrinin təşkili, Qurban bayramı münasibətilə
məscidlərə səfərlər və müsəlman vətəndaşlarla görüşlər, həmçinin
Dini Məsələlər üzrə Dövlət Agentliyi vasitəsilə müsəlman
icmalarının sosial və dini məsələlərinə göstərilən diqqət bu
siyasətin bariz nümunələrindəndir.
Bu münasibətlərin davamlılığı və möhkəmləndirilməsi Gürcüstan
cəmiyyətinin birliyi və sabitliyi üçün mühüm əhəmiyyət daşıyır.
Gürcüstan həmişə müxtəlif din və etnik qrupların harmonik
birgəyaşayışı ilə seçilmişdir və gələcəkdə də bu ənənə davam
edəcəkdir.
Müsəlman vətəndaşlar bu müxtəlifliyin ayrılmaz hissəsidir və
ölkənin inkişafına və ümumi rifaha fəal şəkildə töhfə verirlər.
Allahdan bütün dünyaya, xüsusilə Gürcüstanımıza sülh, əminamanlıq
və rifah arzu edirəm”, – deyə bəyanatda qeyd
olunur.
Xatırladaq ki, Kobaxidze 15 oktyabr tarixində Birinci Kanalın
efirində deyib:
“Görürük ki, miqrasiya Avropayı, o
cümlədən Avropa İttifaqını nə günə saldı. Berlində ötən il ən çox
qoyulan ad Məhəmməd olub. Londonda – Avropanın əsas paytaxtlarından
birində – və ümumilikdə bütün İngiltərə üzrə də ən çox qoyulan ad
Məhəmməddir. Bu, Avropa İttifaqının üzləşdiyi problemlərdən
biridir”.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.