Sosial Ədalət Mərkəzi 2026-cı il iyulun 18-də Axaltsixedə
Müsəlman axısqa türkü, Axaltsixe məscidinin imamı Şevket Dvalidze
və onun ailə üzvlərinə
qarşı törədilmiş qrup zorakılığı hadisəsi ilə bağlı mediada yayılan
məlumatlara münasibət bildirir və dövləti vaxtında və səmərəli
reaksiya verməyə çağırır.
"Batumelebi" nəşrinin yayımladığı məlumata əsasən, insident İmam
Şevket Dvalidzenin oğlu və Türkiyədən qonaq gəlmiş həddi-büluğa
çatmamış qohumunun
bir-biri ilə türk dilində danışmasından sonra
başlayıb. Bundan sonra naməlum şəxslər türk dilində danışdıqlarına
görə onlara şifahi təhqirlər yağdırıb, təcavüzkar münasibət
göstəriblər və qarşıdurma qısa zamanda fiziki zorakılığa
çevrilib.
Zərərçəkənin bildirdiyinə görə, münaqişə zamanı hücum edənlər
zərərçəkənləri onların yaşadığı evə, atasının həyətinə qədər təqib
ediblər, 10-dan çox şəxs ailə üzvlərinə fiziki hücum ediblər. Hücum
nəticəsində xüsusi zorakılığın qurbanı klinikaya yerləşdirilən
Axaltsixe məscidinin imamı Şevket Dvalidze olub.
Zərərçəkənlərin sözlərinə görə hücumda 10-12 nəfər iştirak edib və
ailə üzvləri hüquq-mühafizə orqanlarına hücum edənlərin
şəxsiyyətinin müəyyənləşdirilməsində köməklik göstəriblər. Buna
baxmayaraq, Daxili İşlər Nazirliyinin məlumatına görə, polis yalnız
iki şəxsi saxlayıb. Sonradan isə məhkəmə onların hər ikisini girov
müqabilində azadlığa buraxıb. Media vasitələrinin məlumatına görə,
Şevket Dvalidzeyə polislər tərəfindən ərizəsini geri götürməsi üçün
təzyiq olunub.
"Sözügedən işin faktiki halları istintaqın işi yalnız sağlamlığa
qarşı törədilmiş cinayət kimi deyil, həm də ehtimal olunan nifrət
motivli cinayət kimi qiymətləndirməsinə əsas verir. Mövcud hallar,
o cümlədən münaqişənin türk dilində danışıldıqdan sonra başlaması,
hücum edənlərin kimliklə bağlı ifadələri, zərərçəkənlərin yaşayış
evinədək təqib edilməsi və qrup zorakılığı göstərir ki, ehtimal
olunan diskriminasiya motivi işin ikinci dərəcəli halı deyil, onun
yaradıcı səbəbidir. Belə bir şəraitdə istintaqın üzərinə dil və
dini dözümsüzlük motivini fəal şəkildə araşdırmaq və ona müvafiq
hüquqi qiymət vermək öhdəliyi düşür."
Sosial Ədalət Mərkəzi səslənir:
Gürcüsta Daxili İşlər Nazirliyi və Prokurorluğuna:
- Axaltsixedə baş vermiş zorakılıq faktının tam, obyektiv və
səmərəli araşdırılmasını təmin etsinlər, o cümlədən işin müvafiq
kvalifikasiyasını (Cinayət Məcəlləsinin 156-cı (təqib) və ya 126-cı
(zorakılıq) maddəsi ilə yanaşı dözümsüzlük motivinin
eyniləşdirilməsini) təmin etsinlər və ehtimal olunan etnik, dil və
dini dözümsüzlük motivini ortaya çıxarsınlar;
- Hücumda iştirak edən bütün şəxslərin şəxsiyyətini və
məsuliyyətini müəyyən etsinlər, istintaqı yalnız iki şəxsin
əməlinin qiymətləndirilməsi ilə məhdudlaşdırmasınlar;
- Zərərçəkənin şikayətin geri götürülməsinə yönəlmiş fərqli
birbaşa və ya dolayısı təzyiqlər barədə bəyanatını müstəqil şəkildə
öyrənsinlər, zərərçəkənlərin və şahidlərin təhlükəsizliyini təmin
etsinlər;
- Cəmiyyətə bu və digər analoji işlər üzrə istintaqın gedişatı və
ehtimal olunan dözümsüzlük motivinin öyrənilməsi barədə vaxtında
məlumat təqdim etsinlər.
Gürcüstan Hökuməti, Barışıq və Mülki Bərabərlik Məsələləri
üzrə Dövlət Nazirinin Aparatına:
- Müsəlman axısqa türklərinin ailəsinə qarşı ehtimal ki, dil və
dini əsaslarla tətbiq olunmuş zorakılığı açıq şəkildə
pisləsinlər;
- Axaltsixedə Müsəlman axısqa türklərinin məskunlaşdığı icmalarda
etimadın bərpası, bərabərlik və müxtəlifliyi dəstəkləyən
transformativ siyasət işləyib hazırlasınlar və müxtəlif qurumların
(məktəb, özünüidarəetmə, mədəniyyət mərkəzləri) və aktorların (icma
təşkilatları) cəlb olunması yolu ilə onları müvafiq şəkildə həyata
keçirsinlər;
- Müsəlman axısqa türklərinin repatriasiyası və vətəndaşlıq
siyasətinə yenidən baxsınlar, geri dönmüş ailələri illər ərzində
tamhüquqlu yaşamaq imkanından məhrum edən bürokratik və praktiki
maneələri aradan qaldırsınlar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.