Tbilisidə yanğın nəticəsində 66 yaşlı qadın dünyasını dəyişib
Navtluği küçəsində baş vermiş yanğın nəticəsində 66 yaşlı qadın dünyasını dəyişib.

Fövqəladə Halların İdarəolunması Agentliyindən “İnterpresnyus”a verilən məlumata görə, yanğın üçmərtəbəli yaşayış evinin birinci mərtəbəsində baş verib.

Güclü tüstüyə görə binada yaşayan sakinlər
təxliyə olunub. Yanğınsöndürən-xilasedicilər 5 nəfəri, o cümlədən 3 azyaşlı uşağı binadan çıxarıblar. 60 kv.m. yaşayış sahəsi yanıb.

Hadisə yerinə 7 yanğınsöndürən-xilasedici brigadası və digər müvafiq xidmətlər cəlb olunub.

Print Email
FaceBook Twitter Google