Prezident 42 nəfəri əfv edib
Gürcüstan prezidenti Salome Zurabişvili Pasxa bayramı ilə əlaqədar olaraq 19 məhbusu əfv edib. Bundan başqa 2 nəfəri qadın olmaqla 23 nəfər şərti məhkum da əfv edilib.

Bu barədə məlumatı Gürcüstan prezidenti administrasiyasının rəhbəri Laşa Jvania verib.

Onun dediyinə görə, əfv olunanlardan ikisi qadındır. Əfv olunan məhkumlar cəzaçəkmə müəssisələrini bu gün tərk edəcəklər.
Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google