Qardabanili müəllim Həmid Sadıqova “Tolerantlıq tərəfdarı” mükafatı verilib
Gürcüstanın Xalq Müdafiəçisi Aparatı nəzdində
fəaliyyət göstərən Milli Azlıqlar Şurası 9 dekabrda Qardabanili
müəllim Həmid Sadıqova “Tolerantlıq tərəfdarı” mükafatı təqdim
edib.
Həmid Sadıqov 19 yaşlı şagirdinin evlilik məqsədi ilə qaçırılmasına
etiraz edib və buna görə o, ictimaiyyət tərəfindən bulinq və
təhqirlərə məruz qalıb.
DİN müəllimə qarşı zorakılıq faktı ilə bağlı cinayət məcəlləsinin
150-ci maddəsi ilə istintaq aparır. 19 yaşlı qızın qanunsuz şəkildə
azadlıqdan məhrum edilməsi ilə bağlı isə iki nəfər həbs olunub.