Bütün qanunların Azərbaycan və yaxud Gürcüstanda yaşayan hər hansı bir milli azlığın dilinə tərcümə olunmasına ehdiyac yoxdur - Mahir Dərziyev
"Seçki
Məcəlləsi, müxtəlif normativ aktlar, kənd təsərrüfatı təyinatlı
torpaqların özəlləşdirilməsi ilə bağlı qanun və Ümumtəhsil Haqqında
Gürcüstan Qanunu Azərbaycan dilinə tərcümə olunub və digər
qanunların etnik azlıqların dilinə tərcümə olunmasına ehdiyac
yoxdur",
- bu haqda məlumatı
"Marneuli" radiosu ilə söhbəti zamanı Gürcüstan Parlamentinin
deputatı Mahir Dərziyev verdi.
Onun sözlərinə görə, ölkənin rəsmi dili hansı dildirsə qanular da o
dildə qəbul olunmalıdır.
"Qanun dövlət dilində olmalıdır. Hansı ölkədə rəsmi
dövlət dili hansıdırsa qanun o dili də qebul olunmalıdır. Amma
qanunun başqa dillərə tərcümə olunması dünyada geniş yayılmış
təcrübədir. Milli azlıqların problemləri ilə məşğul olan beynəlxalq
qurumlar həmişə üzv ölkələrə tövsiyyə edirlər ki, informasiya, o
cümlədən qanunları milli azlıqların dilinə tərcümə etsinlər və
çatdırsınlar. Gürcüstanda da zaman-zaman bu sahədə işlər
görülübdür. Məsələn: seçki məcəlləsi - seçkilər öncəsi tərcümə
olunur, müxtəlif normativ aktlar tərcümə olunur, təhsil haqqında
qanun azərbaycan dilinə tərcümə olunub, torpaq haqqında qanun
tərcümə olunub. Bütün qanunların Azərbaycan və yaxud Gürcüstanda
yaşayan hər hansı bir milli azlığın dilinə tərcümə olunmasına lüzum
yox, ehdiyac yoxdur. Birincisi bu tərcümə çox əziyyətli bir işdir.
Həm əmək, həm vəsait, məsrəb tələb edən bir işdir. Yəni bir yüksək
səviyyəli, yüksək peşəkarlığı olan bir tərcüməçi o, hər bir
tərcüməyə, dünyanın pulunu istəyər", - Mahir dərziyev
dedi.
Mahir Dərziyev Gürcüstan qanunlarının rus dilinə tərcümə
olunmasında problem görmür və deyir ki, qanunlar beynəlxalq
dillərə, o cümlədən ingilis dilinə də tərcümə olunur.
"Qanunun bir beynəlxalq tərəfi də var. Gürcüstanda
qəbul olunan qanuna görə, həm rus dilinə, həm də ingilis dilinə
tərcümə olunur. Yəni bu ondan ötrüdür ki, hansısa beynəlxalq
orqandan, hansısa xarici bir ölkədən bir ekspert, bir mütəxəssis
hər-hansı bir məsələ ilə bağlı gələndə, Gürcüstan
qanunvericiliyində bunun vəziyyəti nə cürdür bu məsələnin, müraciət
edir və oxuyur. Amma bunların hamısını milli azlıqların dilinə
tərcümə etməyə ehtiyac yoxdur. Lisenziyalar haqda qanun və ya
minlərlə qanun var, bunların hamısını tərcümə etmək
qeyri-mümkündür", - Mahir Dərziyev dedi.
Sonda deputat bizə onu da məsləhət etdi ki, Gürcüstan qanunlarını
matsne.gov.ge saytına daxil olaraq rus və ingilis dilində oxuyaraq
məlumat əldə edə bilərik. Araşdırma nəticəsində məlum oldu ki,
Gürcüstanda yazılan qanunlar Gürcü və rus dilində əl çatandır. Amma
Gürcüstan qanunları ingilis dilinə də tərcümə edilməyib və
Dərziyevin isə bununla bağlı məlumatı yoxdur.
Qeyd edək ki, Gürcüstan Parlamenti tərəfindən qəbul olunmuş bütün
qanun aktları rus dilinə tərcümə olunur. Parlament aparatı 2006-cı
ildə qəbul etdiyi qaydaya əsasən Parlament tərəfindən qəbul edilən
bütün qanun aktları rus dilinə tərcümə olunur.
Baxmayaraq ki, bu qaydalara tez-tez, o cümlədən 2019-cu ildə
dəyişikliklər edilib, Parlament rus dilinə tərcümə ilə bağlı heç
bir dəyişiklik etməyib.