Ola bilsin ki, 2019-cu il kimlər üçün isə hər şeyin qaranlıq və
bədbin olması kimi görünüb - və həqiqətən də bu, bir çox insan üçün
belə görünə bilər.
Lakin heç də hər şey pis olmayıb.
Unutmayın ki, biz genetik olaraq elə proqramlanmışıq ki, mənfi
təcrübələri daha güclü və daha ətraflı xatırlayırıq.
Müharibələr, terror hücumları, seçki fırıldaqları, qəzalar, iqlim
böhranı, daşqınlar, siklonlar və vulkan partlayışları ilə əlaqəli
sonsuz xəbərlər arasında nəsə daha pozitiv bir xəbər tapmağa
çalışırsınızsa... bəzi "yaxşı xəbərləri" tapacağınıza zəmanət verə
bilərik.
Hələ də inanmırsınız? Fikrinizi dəyişdirmək üçün burada bir araya
gətirdiyimiz 2019-cu ildə baş verən bəzi pozitiv hadisələrə nəzər
salın.Nəsli kəsilmiş sayılan nəhəng tısbağa aşkar edilib
Nəsli kəsilmiş sayılan nəhəng tısbağa
aşkar edilib
100 il əvvəl nəsli kəsildiyi güman
edilən nəhəng bir tısbağa - Qalapaqos adalarında, Ekvador
sahillərindən 1000 km məsafədə Sakit Okeanda aşkar edilib.
Elmi terminologiyada "Chelonoidis phantasticus" adlanan bu növ
tısbağaların nümayəndəsi sonuncu dəfə 1906-cı ildə gözə dəymişdi...
və indi, bu ilin əvvəlində, dişi nəhəng bir tısbağa Fernandina
adasının ən ucqar guşələrindən birində gözə dəyib.
Həmin tısbağanın ən azı, 100 yaşında olduğu düşünülür və ola bilsin
ki, növünün yeganə sağ qalan nümayəndəsi deyil: əlavə iz və
nəcislərin tapılması qoruqçulara yaxınlıqda tısbağanın qohumlarının
da ola bildiyini zənn etməyə əsas verib.
Dəniz tısbağaları üçün də yaxşı bir xəbər var - 1973-cü ildə
onların mühafizə altına alınması proqramı elan edildikdən bu növ
tısbağaların sayı 980% artıb.
Balina geri
qayıdır
Donqar balina populyasiyası 93% artaraq 1980-ci illərdə yox olma
həddindən 2019-cu ildə sayı 25000-i keçib.
Əsrlər boyu sənaye miqyasında balina ovu cənub-qərb Atlantik
bölgəsində onların sayını azaldıb, lakin indi bu tendensiya, ola
bilsin ki, artıq dayanıb.
Diabet 1-in müalicəsində böyük irəliləyiş
ABŞ alimləri insanın gövdə
hüceyrələrini insulin istehsal edən hüceyrələrə çevirə
biliblər.
Bu kəşf 1-ci tip diabetdən əziyyət çəkənlər üçün bir müalicə
tapılacağına yeni ümidləri artırıb.
"Bu, diabetli xəstələrə köçürülə biləcək hüceyrələr yaratmaq
hədəfimizə doğru vacib bir addımdır", - UCSF Diabet Mərkəzinin
direktoru Matthias Hebrok deyib.
Alzheimer xəstəliyi
Bu sahədə nikbinlik üçün bir deyil, üç səbəb var.
Bir tərəfdən, alimlər "Adukanumab" adlı dərmandan istifadə edərək
xəstəliyi yavaşlaya biləcəklərinə ümid edirlər.
Digər tərəfdən, Berkeley-dəki tədqiqatçılar da beyində iltihabı
aradan qaldıran və idrakın zəifləməsini yavaşladan və ya hətta bu
prosesi geri çevirə bilən dərmanlar tapa biliblər.
Almaniyada, elm adamları, alzheimerin erkən təzahürlərini klinik
əlamətləri görməmişdən çox əvvəl araşdırmaq üçün vasitələrin
olduğunu açıqladılar.
İnsanın İmmunçatışmazlığı Virusu (İİV)
Lancet tibb jurnalında dərc edilən
bir araşdırmaya görə, müalicə yoluyla İİV virusunun cinsi yolla
ötürülməsinin qarşısı alına bilər.
Tədqiqat, bir partnoyrun İİV testi pozitiv olan 1000-dək
homoseksual kişi çütlükəri səkkiz il ərzində müşahidə ediblər:
həmin homoseksual cütlüklər bu müddət ərzində antiretrovirus
preparatları qəbul edib və cinsi əlaqədə prezervativlərdən istifadə
etməyiblər.
Tədqiqatın nəticələrinə əsasən, həmin cütlüklər arasında yoluxma
halları aşkarlanmayıb.
Əlcəzair və Argentinada malyariya aradan
qaldırılıb
Ümumdünya Səhiyyə Təşkilatı (WHO),
Əlcəzair və Argentinada malyariyanın aradan qaldırıldığını
bildirir.
WHO-nun məlumatına görə, hazırda dünyanın 38 ölkə və ərazisində
ağcaqanadların gətirdiyi xəstəlik aradan qaldırılıb.
Qırmızı dənizin mərcan riflərini qorumaq üçün İsrail və
qonşu ərəb ölkələri arasında əməkdaşlıq
Qırmızı dənizin mərcan rifləri populyasiyası okean turşuluğundan,
dəniz suyunun istiləşməsindən və turizmlə əlaqəli aktivliyin
fəsadları nəticəsində getdikcə artan təzyiq altındadır.
Qırmızı dənizin cənub hissəsindəki bəzi riflər bu təsirə məruz
qalaraq artıq ağarıb, şimal sektordakı qayalar isə əsasən
sağlamdır.
Bu unikal mühitin qorunması bölgə miqyaslı əməkdaşlığı tələb edir
və Qırmızı Dəniz Transmilli Tədqiqat Mərkəzinin yaradılması
məqsədiylə İsrail, İordaniya, Misir, Səudiyyə Ərəbistanı, Yəmən,
Eritreya, Cibuti və Sudan arasında əməkdaşlığın qurulmasına səbəb
olub.
Bu iş Lozannadakı İsveçrə Federal Texnologiya İnstitutu tərəfindən
istiqamətləndiriləcək.
Məqsəd bəzi hallarda riflərin zərərli təsirlərə necə davam
gətirməsini araşdırıb öyrənmək və əldə edilən bilikləri dünyada
mərcan populyasiyalarının qorunması işində tətbiq
etməkdir.
Planetimiz getdikcə yaşıllaşır
Nasa agentliyinə görə, Yer artıq
20 il əvvəlkinə nisbətən 5% daha yaşıldır - bu, əsasən dünyada
intensiv əkinçilik və Afrika, Hindistan və Çin boyunca həyata
keçirilən geniş ağacəkmə proqramları ilə əlaqədardır.
ABŞ kosmik agentliyi, planetin yarpaq örtüyünün iki milyon kvadrat
mil artdığını bildirib - bu sahə Amazon meşələriylə müqayisə edilə
bilən ərazi qədərdir.
Lakin yaşıllıq sahəsinin artımı Braziliya və İndoneziya kimi tropik
bölgələrdə təbii bitki örtüyünün və ya biomüxtəlifliyin itkilərini
kompensasiya etmir.
Və ... Keanu Reeves daha qəmgin deyil!
Amerikalı aktyor Keanu Reeves bir
ara aktyorluq filmlərindən daha çox şəxsi faciəsi və tənha həyat
sürməsiylə ilə daha çox tanınırdı.
Sosial media paylaşımlarında hətta "Qəmgin Keanu" "mem"lərindan da
istifadə edilib. Onun pərəstişkarları hətta 15 iyun gününü
"Keanu-ya ürək-dirək verilməsi günü" elan ediblər.
Ancaq 2019-cu il bütün bu qəmginlik barədə söhbətlərə son
qoydu.
Keanu bəyan edib ki, "artıq qəmgin deyil".
Sənətçi sevgilisi rəssam Alexandra Grant ilə ilk dəfə olaraq
ictimaiyyət qarşısına çıxaraq, nəhayət özünü "son dərəcə xoşbəxt"
hiss etdiyini və sevgi dolu bir münasibətdə olduğunu
bildirib.