Paata İmnadze – koronavirusa ikinci dəfə yoluxa biləcək adamlar da ola bilər
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbər müavini Paata İmnadzenin sözlərinə görə, koronavirusa yoluxmuş adamın ikinci dəfə yoluxması istisna deyil. Onun bildirdiyinə görə, Çində bu kimi hallar qeydə alınıb.

“Deyirlər ki, Çində belə hal olub. Bu haqda məlumat yayılıb. İnsan qızılcaya da ikinci dəfə yoluxa bilər, ancaq bu nadir haldır. Ona görə də covid-19-da da belə halın olması istisna deyil. Bu nə dərəcədə tez ola bilər? Hesab etmirəm ki, hamı ikinci dəfə yoluxsun, amma kimdəsə olması mümkündür”, – Paata İmnadze bildirib.

Print Email
FaceBook Twitter Google