Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbər müavini Paata
İmnadzenin sözlərinə görə, koronavirusa yoluxmuş adamın ikinci dəfə
yoluxması istisna deyil. Onun bildirdiyinə görə, Çində bu kimi
hallar qeydə alınıb.
“Deyirlər ki, Çində belə hal olub. Bu haqda məlumat
yayılıb. İnsan qızılcaya da ikinci dəfə yoluxa bilər, ancaq bu
nadir haldır. Ona görə də covid-19-da da belə halın olması istisna
deyil. Bu nə dərəcədə tez ola bilər? Hesab etmirəm ki, hamı ikinci
dəfə yoluxsun, amma kimdəsə olması mümkündür”, –
Paata İmnadze bildirib.