"Müəyyən məqamlarda cənazənin yuyulmadan dəfn edilməsinə İslam dinində icazə verilir", – Hacı Yasin Əliyev
"Müəyyən məqamlarda cənazənin yuyulmadan dəfn edilməsinə İslam dinində icazə verilir", - bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə Müftisi Hacı Yasin Əliyev verdi. Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə bu gün Bolnisidə dünyasını dəyişən müsəlman qadının dəfn edilməsi Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq həyata keçirilib.

"Cənazə artıq torpağa tapşırılıb. Cənazə xüsusi qablaşdırmada gətirilib və onun açılması mümkün deyil. Meyitlə 4-5 məsafədə mərhumun cənazə namazı qılınıb və dinimizə uyğun olaraq torpağa dəfn olunub. Sadəcə burada bir problem var ki, dünyasını dəyişən şəxsə qüsl verilməyib. Buna görə də qüsl vasitələrində dünya müsəlmanları, böyük alimlərmizin də verdiyi fətvalardan və eyni zamanda da Gürcüstan Müsəlmanları İdarəsinin fətva qrupunun verdiyi fətvaya uyğun olaraq, yəni xəstəliyə görə yuyulmadan, amma cənazə namazı qılınaraq dəfn olunması məsləhətdir. Çünki bu xəstəliyin yayılmaması üçün ona qüsl vermək böyük problem yaratdığına görə, biz bunları edə bilmirik",
– Hacı Yasin Əliyev dedi.

Hacı Yasin Əliyevin dediyinə görə, dünyasını dəyişən şəxsin cənazə namazının qılınması və İslam dininə uyğun torpağa tapşırılmasına icazə verilir.

"Qurani Kərimdə də ayə var ki, bir insanın ölümünün qarşısını almaq üçün, insanın həyatda qalması və yaxud bir insanın ölümünə fətva vermək, bütün insanların ölmünə səbəb olmaq kimi ayə var. Yəni biz də həmin ayədən Peyğəmbərmizin hədisdərindən bir nəticə çıxardaraq belə bir fətva vermişik ki, bu şəxsin yuyulmasında müəyyən problemlərin ortaya çıxması və yaxud bu xəstəliyə tutulmanın qarşısını alınması üçün qüsl verilmədən, amma cənazə namazı qılınaraq üzü qibləyə doğru dinimizə uyğun olaraq dəfn edilməsinə icazə var", – Hacı Yasin Əliyev dedi.

Xatırladaq ki, 31 mart tarixində xəstəxanaya yerləşdirilmiş 79 yaşlı qadın 4 aprel tarixində koronavirusdan dünyasını dəyişib.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda koronavirusa 174 nəfər yoluxub, bunlardan 36 nəfəri sağalıb.

Print Email
FaceBook Twitter Google