Qaracalarda bir oğlan qıza evlənmə təklif edərkən 7 nəfər cərimə olunub


“Mtavari” kanalının bildirdiyinə görə, Qaracalarda bir oğlan qıza evlənmə təklif edərkən polis 7 nəfəri cərimələyib. Həmin yerdə cütlükdən başqa onların 5 dostu da olub.

Cərimə olunanlar komendant saatı rejimini pozmadıqlarını, saat 20:00-da meydanda olduqlarını və ürək formasında od yandırdıqlarını bildirirlər. Onların dediyinə görə, qısa müddət ərzində evə qayıtmağı planlaşdırılblar, lakin polis gələrək onları cərimələyib.

Yeddi nəfər üçün cərimənin ümumi miqdarı 21 000 lari təşkil edir. Cütlüyün ailə üzvləri deyirlər ki, digər cərimə olunanların valideynləri pulu onların ödəməsini tələb edirlər, lakin buna imkanları yoxdur. Buna görə də məhkəməyə müraciət etməyi düşünürlər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dünən, 6 aprel tarixində ictimai yerdə 3 nəfərdən çox insanın toplaşması və 2 metrlik sosial məsafəyə riayət olunmamasına görə 28, komendant saatı rejimini pozduğuna görə isə 112 vətəndaş cərimələnib.

Daxili İşlər Nazirliyinin yaydığı videoda həmin 7 nəfərin cərimələndiyi kadrları da var. Nazirlikdən On.ge-yə verilən məlumata görə, bu şəxslər komendant saatı rejimini pozduğuna görə deyil, ictimai yerdə 3 nəfərdən çox adamın toplaşmasına görə cərimə olunublar.

Print Email
FaceBook Twitter Google