Daxili İşlər Nazirliyi fövqəladə vəziyyət rejimini pozduğuna görə cərimə olunan şəxslərin cəriməni 30 gün müddətində ödəməli olduqlarını açıqlayıb


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fövqəladə vəziyyət rejimini pozduğuna görə cərimələnən şəxslər cəriməni 30 gün ərzində ödəməlidirlər. Nazirliyin məlumatına görə, dövlətin qaynar xəttinin – 144-ün cərimələrin ödənilmə müddətinin 21 apreldən sonra hesablanacağı ilə bağlı məlumatı digər inzibati qanun pozuntularına deyil, yalnız yol hərəkəti qaydalarının pozulmasına şamil olunur.

Vətəndaşlar yazılmış cəriməni fövqəladə vəziyyətin sonuna qədər elektron qaydada şikayət edə bilər. Daxili İşlər Nazirliyi bildirir ki, kiminsə elektron xidmətlər ilə bağlı problemi varsa, dövlət fövqəladə vəziyyət rejiminin başa çatmasından sonra müraciət müddətini 10 gün uzadacaq.

"Şəxs yazılan cəriməni fövqəladə vəziyyətin sonundan 10 gün ərzində şikayət etmək hüququna malikdir. Hökumətin qərarı vətəndaşları şikayət hüququndan məhrum etmir, yalnız qanunla müəyyən edilmiş şikayət müddətini uzadır. Müvafiq olaraq, cərimə olunan şəxs cəriməni müvafiq inzibati orqana və ya məhkəməyə şikayət edə bilər”, – Nazirlikdən bildirirlər.

Gürcüstanda fövqəladə vəziyyət martın 21-də elan olunub və aprelin 21-dək davam edəcək. Baş nazirin sözlərinə görə, fövqəladə vəziyyət zamanı bir sıra məhdudiyyətlər qoyulub və fövqəladə vəziyyət rejimini pozulmasına görə fiziki şəxs 3000, hüquqi şəxs isə 15000 lari həcmində cərimə olunur. Qanun pozuntusu təkrar edildiyi təqdirdə 3 ilədək həbs cəzasına səbəb olacaq.

Eyni zamanda, Gürcüstan hökumətinin 181 saylı qərarının 13-cü maddəsinin birinci bəndinə əsasən, qanunvericiliklə müəyyən edilmiş inzibati şikayətin verilməsi və baxılması müddəti fövqəladə vəziyyət müddətində dayandırılır.

Martın 30-da Qiorqi Qaxaria Gürcüstanda "faktiki karantin" elan etdi, bundan sonra ölkədə yeni məhdudiyyətlər tətbiq olundu. Vətəndaşlara axşam saat 21:00-dan səhər saat 06:00-dək evdən çıxmaq qadağan olunur.

Həm şəhərlərin, həm də bələdiyyələrin ərazisində, eyni zamanda şəhərlər arasında hər hansı bir ictimai nəqliyyat vasitəsi ilə, o cümlədən metro ilə səyahət etmək qəti qadağandır. Səhiyyə Nazirliyinin tövsiyələri nəzərə alınmaqla yalnız minik avtomobil ilə, o cümlədən taksi ilə səyahət etməyə icazə verilir – minik maşınında cəmi üç nəfər olmalı və onlardan ikisi mütləq arxa oturacaqda oturmalıdır.

Mənbə: On.ge
Print Email
FaceBook Twitter Google