Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fövqəladə
vəziyyət rejimini pozduğuna görə cərimələnən şəxslər cəriməni 30
gün ərzində ödəməlidirlər. Nazirliyin məlumatına görə, dövlətin
qaynar xəttinin – 144-ün cərimələrin ödənilmə müddətinin 21
apreldən sonra hesablanacağı ilə bağlı məlumatı digər inzibati
qanun pozuntularına deyil, yalnız yol hərəkəti qaydalarının
pozulmasına şamil olunur.
Vətəndaşlar yazılmış cəriməni fövqəladə vəziyyətin sonuna qədər
elektron qaydada şikayət edə bilər. Daxili İşlər Nazirliyi bildirir
ki, kiminsə elektron xidmətlər ilə bağlı problemi varsa, dövlət
fövqəladə vəziyyət rejiminin başa çatmasından sonra müraciət
müddətini 10 gün uzadacaq.
"Şəxs yazılan cəriməni fövqəladə vəziyyətin sonundan 10 gün ərzində
şikayət etmək hüququna malikdir. Hökumətin qərarı vətəndaşları
şikayət hüququndan məhrum etmir, yalnız qanunla müəyyən edilmiş
şikayət müddətini uzadır. Müvafiq olaraq, cərimə olunan şəxs
cəriməni müvafiq inzibati orqana və ya məhkəməyə şikayət edə
bilər”, – Nazirlikdən bildirirlər.
Gürcüstanda fövqəladə vəziyyət martın 21-də elan olunub və aprelin
21-dək davam edəcək. Baş nazirin sözlərinə görə, fövqəladə vəziyyət
zamanı bir sıra məhdudiyyətlər qoyulub və fövqəladə vəziyyət
rejimini pozulmasına görə fiziki şəxs 3000, hüquqi şəxs isə 15000
lari həcmində cərimə olunur. Qanun pozuntusu təkrar edildiyi
təqdirdə 3 ilədək həbs cəzasına səbəb olacaq.
Eyni zamanda, Gürcüstan hökumətinin 181 saylı qərarının 13-cü
maddəsinin birinci bəndinə əsasən, qanunvericiliklə müəyyən edilmiş
inzibati şikayətin verilməsi və baxılması müddəti fövqəladə
vəziyyət müddətində dayandırılır.
Martın 30-da Qiorqi Qaxaria Gürcüstanda "faktiki karantin" elan
etdi, bundan sonra ölkədə yeni məhdudiyyətlər tətbiq olundu.
Vətəndaşlara axşam saat 21:00-dan səhər saat 06:00-dək evdən çıxmaq
qadağan olunur.
Həm şəhərlərin, həm də bələdiyyələrin ərazisində, eyni zamanda
şəhərlər arasında hər hansı bir ictimai nəqliyyat vasitəsi ilə, o
cümlədən metro ilə səyahət etmək qəti qadağandır. Səhiyyə
Nazirliyinin tövsiyələri nəzərə alınmaqla yalnız minik avtomobil
ilə, o cümlədən taksi ilə səyahət etməyə icazə verilir – minik
maşınında cəmi üç nəfər olmalı və onlardan ikisi mütləq arxa
oturacaqda oturmalıdır.
Mənbə:
On.ge