Tbilisidə qəza nəticəsində 3 nəfər dünyasını dəyişib – VİDEO
Tbilisidə, Kürün sağ sahilində “Opel” və “BMW” markalı iki
avtomobil toqquşub.
“TV Pirveli”-nin jurnalistinin hadisə yerindən verdiyi məlumata
görə, “Opel” markalı avtomobildə olan üç nəfər dünyasını
dəyişib.
Digər maşında olan iki nəfər isə Tbilisi xəstəxanalarından birinə
yerləşdirilib. Jurnalistin bildirdiyinə görə, “Opel” markalı
avtomobil yolun əks istiqamət zolağına çıxıb və “BMW” markalı
avtomobilə çırpılıb.
Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.
{{AUDIO}}