Mətbuat vasitələrinin Acarıstan televiziyasının jurnalistləri ilə həmrəylik aksiyası
Acarıstan İctimai Yayımçısının jurnalistlərinə həmrəylik” – belə ifadələri Acarıstan televiziyasının jurnalistlərinə həmrəylik əlaməti olaraq bir çox mətbuat vasitələri paylaşıb.

Mətbuat vasitələri bu şəkildə İctimai Yayımçının yeni təyin olunan direktoru Qiorqi Koxreidzenin vəzifəyə təyin olunmasından sonra işdən azad edilən, yaxud xəbərlər xidmətindən çıxarılan jurnalistləri dəstəkləyirlər. İşdən azad olunan jurnalistlər hesab edir ki, onları azad, qərəzsiz olduqlarına görə təqib edirlər.

Aksiyaya “Netgazeti”, “Batumelebi”, “On.ge”, “İndiqo”, “Livepress”, “Publika”, “Samxretis Karibce”, “Hereti” radiosu, “Palitra video”, “Marneuli” radiosu və.s qoşulub.

Qeyd edək ki, sonuncu belə hal 11 may tarixində qeydə alınıb. Acarıstan televiziyasından və radiodan “Hashtag” verlişinin aparıcısı, Alternativ Həmkarlar İttifaqının sədri Malxaz Rexviaşvili azad olunub. Malxaz Rexviaşvilinin dediyinə görə, onun işdən azad olunmasına səbəb 21 aprel tarixində “Facebook”-da yazdığı status olub. O, paylaşımında öz həmkarı Teona Turmanidzeni dəstəkləyib.

Həmrəylik kampaniyasının təşəbbüskarı “Mətbuatın təbliği naminə” koalisiyasıdır.

Print Email
FaceBook Twitter Google