Xəbərlər
Cərimələr ləğv olunmayacaq
Baş nazir fövqəladə vəziyyət rejiminin pozulmasına görə yazılan cərimələrin ləğv olunacağını istisna edir.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimini 9 000 insan pozub, onlara yazılan cərimələrin ləğv olunması isə bu rıçaqın dəyərdən düşməsinə səbəb olacaq.

“Unutmamalıyıq ki, pandemiya davam edir və bu yanaşmalardan nə vaxt və hansı həcmdə istifadə etməyin lazım olacağını heç kim bilmir. İcraçı hökumətin üzərinə düşən məsuliyyət bundan ibarətdir ki, biz heç kimə bu cərimələrin ləğv olunması barədə çağırış edə bilmərik. Bunu hər birimiz yaxşı başa düşməliyik ki, əgər sonra nə isə baş versə, qapaqlayıcı tədbir kimi bu rıçaq işləməyəcək”, – deyə baş nazir bildirib.

O, həmçinin qeyd edib ki, gələcəkdə müəyyən cərimələr təkrar gözdən keçiriləcək.

Mənbə: inforustavi.ge

FaceBook Twitter Google