Xəbərlər
Rustavidə yük maşını qoyun sürüsünə çırpılıb
Rustavidə yük maşını qoyun sürüsünə çırpılıb.

Hadisə Sülh küçəsində, qəbiristanlığın yaxınlığında baş verib.

“Rustavi İnfo”nun verdiyi məlumata görə, yük maşınının sürücüsü maşını vaxtında saxlaya bilməyərək yolla gedən qoyun sürüsünə çırpılıb. Yük maşını iyirmiyədək qoyunu vurub.

Hadisə yerinə patrul polis ekipajı səfərbər edilib.

Qəza səbəbiylə nəqliyyatın hərəkətində bir neçə dəqiqə gecikmə baş verib. Rustavi Xidmət Mərkəzinin işçiləri hadisənin baş verdiyi ərazini təmizləyiblər və yolda nəqliyyatın hərəkəti tezliklə bərpa olunub.

Mənbə: inforustavi.ge

FaceBook Twitter Google