Xəbərlər
1-5 iyun tarixlərində Gürcüstanda qısamüddətli yağış yağacağı, bununla yanaşı havanın temperaturunun yüksələcəyi gözlənilir
1-5 iyun tarixlərində Gürcüstanda istilər fonunda qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi ehtimal olunur.
3-4 iyun tarixlərində güclü qərb küləyi əsəcək. Havanın temperaturunun Qərbi Gürcüstanın aran bölgələrində +24, +29, Şərqi Gürcüstanın düzənliklərində +29, +34 olacağı gözlənilir.

Milli Ekologiya Agentliyindən verilən məlumata görə, Tbilisidə gecə və axşam qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. İyunun 3-də günün ikinci yarısından və iyunun 4-də güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu +30, +32 dərəcə olacaq.

FaceBook Twitter Google