Gürcüstanda hər il 11 400 nəfər tütün istifadəsindən ölür, onlardan 300-ü uşaqdır

Gürcüstanda hər il 11 400 nəfər tütün istifadəsindən ölür, onlardan 300-ü uşaqdır, - Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Yoluxucu olmayan Xəstəliklər şöbəsinin müdiri Lela Sturua “Facebook”-da tütünlə bağlı canlı söhbətində bildirib.


O, bildirib ki, bu il koronavirus pandemiyasını nəzərə alsaq, bir çox sənaye sahəsi öz istiqamətini dəyişdi, amma tütün sənayesi ilə məşğul olanlar dəyişmədilər.

"Şərab və spirt sənayesi ilə məşğul olanlar dezinfeksiyaedici məhlullar, toxuculuq və yüngül sənayedə işləyənlər – maskalar istehsal etməyə başladı, amma tütün sənayesi heç nəyi dəyişmədi, əksinə marketinq, lobbiçilik fəaliyyətini daha da gücləndirdi. Anlayırıq ki, bir çox ölkələr, xüsusən də aşağı və orta gəlirli ölkələr, iqtisadi vəziyyətlərinə görə tütün sənayesindən bəzi ianələri qəbul etmək məcburiyyətində qalırlar, lakin bu, tütün istehlakının (hər il) dünyada 8 milyon insanı, Gürcüstanda isə 11 400 nəfəri öldürməsi faktını geriləşdirmir. Bizdə hər dördüncü şəxs tütün istifadəsindən, 3000-ə qədər passiv siqaretdən ölür ki, bunlardan da 300-ü uşaqdır. Ölkədə hər gün tütün sənayesinin hiylələri və lobbi fəaliyyəti ucbatından gündə bir uşaq ölür, bu tamamilə yolverilməzdir”, –
deyə Sturua bildirib.
Mənbə: BM

 

Print