Xəbərlər
Rustavidəki Tır parkı bağlanıb

Rustavinin beynəlxalq avtodromunun ərazisində təşkil olunmuş tır parkı bağlanıb – bu barədə “İnfo Rustavi”yə şəhər merinin müavini Qoça Loria məlumat verib.


Yük maşınlarının sürücüləri tır parkının ərazisinə daxil olduqdan sonra növbəti tranzit reysinədək burada qalırdılar. Burada bütün növ beynəlxalq daşımalar yoxlanılırdı və sürücülər özünütəcrid şəraiti ilə təmin olunurdular.

“İnfo Rustavi”nin bildirdiyinə görə, bu ərazidə sürücülər üçün lazım olan hər bir şərait yaradılmışdı, ərazi ayaqyolu və yeməkxana ilə təchiz olunmuşdu.

 

FaceBook Twitter Google