Tbilisidə qarğa 5 nəfərə hücum edib

Tbilisidə qarğa 5 nəfərə hücum edib və onlara yüngül xəsarətlər yetirib . Xəsarət alan şəxslər “New hospitals” klinikasına aparılıblar. Bu haqda məlumatı klinikadan təsdiq ediblər.

Klinikadan verilən məlumata görə, qarğanın hücum etdiyi şəxslər bir yerə toplaşıbmış ki, bu vaxt qarğa onlara hücum edib.
Hal-hazırda onların hamısı xəstəxananı tərk edib.
Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google