9 iyun: 8 nəfərdə koronavirus aşkar olundu

İyun ayının 9-u səhər saat 10-a olan məlumata görə, Gürcüstanda 8 yeni koronavirusa yoluxma halı aşkarlandı və bununla da virusa yoluxanların ümumi sayı 818-ə çatdı.



Baş nazir Qiorqi Qaxarianın anti-böhran planının təqdimatı zamanı bildirdiyinə görə, yeni 8 haldan 3-ü Boçorişvili Klinikasının işçiləridir və 2 yoluxma halının yoluxma mənbəyi məlum deyil. Buna görə də, Qaxarianın qeyd etdiyinə görə, epidemiyanın sonu barədə danışmaq hələ tezdir və "hamımızın xüsusi səfərbərliyə ehtiyacı var."

Bu günə olan son məlumatlara görə, 3 pasiyent sağalıb və bununla da sağalanların ümumi sayı 686-ya çatıb, indiyə kimi virusdan 13 nəfər vəfat edib, karantin rejimində 2 902 nəfər var.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər