İyun ayının 9-u səhər saat 10-a olan məlumata görə, Gürcüstanda
8 yeni koronavirusa yoluxma halı aşkarlandı və bununla da virusa
yoluxanların ümumi sayı 818-ə çatdı.
Baş nazir Qiorqi Qaxarianın anti-böhran planının təqdimatı zamanı
bildirdiyinə görə, yeni 8 haldan 3-ü Boçorişvili Klinikasının
işçiləridir və 2 yoluxma halının yoluxma mənbəyi məlum deyil. Buna
görə də, Qaxarianın qeyd etdiyinə görə, epidemiyanın sonu barədə
danışmaq hələ tezdir və "hamımızın xüsusi səfərbərliyə ehtiyacı
var."
Bu günə olan son məlumatlara görə, 3 pasiyent sağalıb və bununla da
sağalanların ümumi sayı 686-ya çatıb, indiyə kimi virusdan 13 nəfər
vəfat edib, karantin rejimində 2 902 nəfər var.