Dəmiryolunun işi bu gündən etibarən bərpa olundu

Hökumətin qərarına əsasən, iyunun 15-dən etibarən dəmiryol nəqliyyatının fəaliyyəti bərpa olunur.


"Gürcüstan Dəmir Yolları" şirkəti sərnişinlərin təhlükəsiz daşınması və Səhiyyə Nazirliyinin tətbiq etdiyi qaydaların icrasını təmin etməyə hazır olduğunu bildirib.

Onların bildirdiyinə görə, qatar vaqonları Səhiyyə və Sosial İşlər Nazirliyinin nümayəndələri tərəfindən yoxlanılıb və bildiriblər ki, “Gürcüstan Dəmir Yolu” bütün qaydalara tam riayət edir və sərnişin daşımalarını bərpa etməyə hazırdır. Onlar həmçinin bildiriblər ki, Səhiyyə Nazirliyi tərəfindən koronavirusla bağlı tövsiyələrin hazırlanması prosesində “Gürcüstan Dəmi Yolu”nun da nümayəndələri iştirak edib.

"Əvvəla, deməliyəm ki, karantin dövründə şirkət Covid-19 ilə bağlı bütün tövsiyələrə tam əməl etdi və riayət etdi. İndi isə mövsümə hazırlaşırıq. Səhiyyə Nazirliyi ilə birlikdə səyahət üçün xüsusi təlimatlar hazırlamışıq, daha dəqiq desək, vaqonların girişlərində sərnişinlər termoskrininqdən keçəcəklər və qatara minən kimi bir dezobaryerdən keçməli və əllərini dezinfeksiyaedici məhlul ilə işləməlidirlər. Bütün vaqonlarda artıq əl dispenserləri quraşdırılıb. Sərnişinlərin sosial məsafəyə riayət etməli və virus əlamətlərini daşıdıqları halda səyahət etməməli olduqlarını əvvəlcədən bilməsi vacibdir. Sərnişinlər qoruyucu maska taxmadıqları halda qatara minə bilməyəcəklər və səyahət zamanı maskanı çıxarmağa icazə verilməyəcək", – deyə Gürcüstan Dəmir Yolu Tibbi Xidmətinin rəhbəri Nika Kacarava bildirib.

 

Print Email
FaceBook Twitter Google