Bu il Gürcüstandan həcc ziyarətinə gedilməyəcək
Bu il Gürcüstandan həcc ziyarətinə getmək mümkün olmayacaq. Buna səbəb dünyada koronavirus pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərdir. Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov verdi. Onun sözlərinə görə, bu il epidemioloji vəziyyətə görə Səudiyyə Ərəbistanı Həcc ziyarətinə gedənləri qəbul etməyəcək.

"Ölkəmizdən də beynəlxalq uçuşlar dayandırılıb. Buna görə də bu il Həcc ziyarətinə başqa ölkələrdən getmək mümkün olmayacaq. Sadəcə Səudiyyə Ərəbistanında olanlar, orada işləyən diplomatlara və bəzi sakinlərə icazə veriləcək ki, onlar Həcc ziyarətinə əməl etsinlər. Bu da məhdud səviyyədə olacaq", – Hacı Ramin İgidov dedi.

BBC-nin yazdığına görə, Səudiyyə Ərəbistanı koronavirus pandemiyası ilə bağlı yaranmış qeyri-müəyyənliyə görə Həcc ziyarətinə getməyi planlaşdıran müsəlmanlardan ziyarətlərini təxirə salmağı xahiş edib. Bu barədə bəyanatı Həcc naziri Məhəmməd Bəntən verib.

Print Email
FaceBook Twitter Google