Qrup şəklində neçə nəfər idman edə biləcək - idman zalları üçün qaydalar

Üzgüçülük hovuzları və idman zalları Əmək Müfəttişliyi Departamentinin yoxlayışından sonra açılacaq.


Bu barədə Baş nazirin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası iclasda qərar qəbul edib. Əmək Müfəttişliyi Departamenti hovuz və idman zalları üçün tətbiq edilmiş tənzimləmələri yayımlayacaq və sabahdan tələbə uyğun olaraq yoxlamalara başlayacaqlar.Yoxlamadan uğurla keçən üzgüçülük hovuzları və idman zalları təcili surətdə fəaliyyətini bərpa edəcək.

Səhiyyə Nazirliyinin Əmək Müfəttişliyi Departamentinin rəhbəri Beka Peradzenin bildirdiyinə görə hovuz və idman zalları ilə bağlı konkret tövsiyələr yad olmayacaq, çünki onlarla daimi ünsiyyətləri var və həmin qaydalar reallığa uyğun olacaq.

Fitnes zallar üçün hazırlanmış əsas tövsiyələr belədir:

• Hər 6 kv.metrə bir nəfər buraxılacaq;
• Havalandırmaya böyük əhəmiyyət veriləcək;
• Təbii havalandırmaya üstünlük veriləcək, sünii havalandırma halında isə nominal sürətdə qurulmalıdır, müvafiq protokol və qayda tətbiq olunacaq;
• Təmizləmədən sonra iki tərəfli külək prinsipi ilə havalandırılmalıdır;
• Duşlar bir-birindən müvafiq baryerlə ayrılmalıdır;
• Şkaflar bir-birindən aralı olmalıdır;
• Dəsmallar birdəfəlik bağlamada olmalıdır;
• Qrup şəklində idman etmək üçün limit qoyulur. Prosedurda ən çox 10 nəfər iştirak etməlidir.


Mənbə: BPN

 

Print Email
FaceBook Twitter Google