Xəbərlər
Vahid Milli İmtahanlarda iştirak edən abituriyentdə koronavirus təsdiqlənib

7 iyul tarixində vahid milli imtahanlarda iştirak edən abituriyentdə koronavirus təsdiqlənib.


Bu barədə Təhsil Nazirliyində baş tutan brifinqdə məlumat verilib. Amiran Qamkrelidzenin bildirdiyinə görə, 9 abituriyent və müşahidəçi müvafiq yoxlamalardan keçirilir. Onun sözlərinə görə, virusa yoluxmuş abituriyentin vəziyyəti qənaətbəxşdir.

Qamkrelidzenin sözlərinə görə, srağagün təsdiqlənmiş hallardan birinin təmasları araşdırılan zaman aşkarlanıb ki, həmin şəxslə təmasda olanlardan biri 7 iyul imtahanlarında iştirak edən abituriyentdir.

“Bizim xidmət Gürcüstanın regionlarından birində yoluxanların təmaslarını araşdıran zaman bir nəfərdə koronavirus təsdiqlənib və həmin şəxs 7 iyul tarixində vahid milli imtahanlarda iştirak edib”, – Amiran Qamkrelidze bildirib.

Mənbə: Publika

 

FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla