Gürcü ansamblı “Ayrılıq” mahnısını ifa edib – “Azərbaycana sevgi ilə” – VİDEO
Gürcüstanın məşhur “Bravo Metexi” ansamblı Azərbaycanın “Ayrılıq” mahnısını ifa edib.

İfanın videoçarxı musiqi qrupunun “Facebook” səhifəsində “Azərbaycana sevgi ilə” sözlərilə yerləşdirilib.

Ansamblın üzvlərinən biri ifadan öncə deyib ki, Azərbaycan hər zaman etibar edə biləcəyin ölkədir: “Azərbaycan bizim uğurumuza sevinir. Azərbaycanla dostluqdan bütün gürcülər fəxr edir. Bu möhtəşəm mahnını sizin üçün bacı və qardaşlarınız olan gürcülər səsləndirir”.


Mənbə: NewsBureau
Print Email
FaceBook Twitter Google