Bu gün, 22 sentyabr tarixində “Gürcü Arzusu”-nun Marneuli və
Qardabani seçki dairəsindən majoritar deputatlığa namizədi Zaur
Darğallıya Baydar kəndində əhali ilə görüş zamanı tort veriblər.
Tortun üzərində Darğallının seçki plakatı və “Gürcü Arzusu”-nun
partiya nömrəsi əks olunub.
Sakinlərin “Marneuli” radiosuna verdiyi məlumata görə, majoritar
namizədə tortu öz təşəbbüsləri ilə təqdim ediblər.