Zaur Darğallının fotosu əks edilmiş tort – Baydarda seçkiqabağı kampaniya
Bu gün, 22 sentyabr tarixində “Gürcü Arzusu”-nun Marneuli və Qardabani seçki dairəsindən majoritar deputatlığa namizədi Zaur Darğallıya Baydar kəndində əhali ilə görüş zamanı tort veriblər.

Tortun üzərində Darğallının seçki plakatı və “Gürcü Arzusu”-nun partiya nömrəsi əks olunub.

Sakinlərin “Marneuli” radiosuna verdiyi məlumata görə, majoritar namizədə tortu öz təşəbbüsləri ilə təqdim ediblər.

"Marneuli" Radiosu
Print