Marneulili sakinlər Marneuli və Qardabanidən majoritar deputatlığa namizədləri tanıyırlarmı - SORĞU
Parlament seçkilərinin başlamasına az qalıb.
Marneuli və Qardabanidən majoritar deputatlığa namizəd olaraq “Gürcü Arzusu”-dan Zaur Darğallı, “Vahid Milli Hərəkat Partiyası”-dan Azər Süleymanov, “Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev, “Lelo” partiyasından Murad Muradov, “Leyboristlər” partiyasından Əli Bədirov, “Gürcüstan” partiyasından Gülsəfa Ayvazova, “Gürcü Marşı”-dan İspəndiyar Kərimov və “Vətənpərvərlər Alyansı”-dan Mahir Yusubov öz namizədliyini irəli sürüb.

Bu gün, 24 sentyabr tarixində “Marneuli” radiosu Marneulili sakinlər arasında sorğu keçirdi.



Sakinlərin Parlament seçkilərində majoritar deputatlığa namizədləri tanıyıb-tanımamaları ilə bağlı sual verdik. Sakinlər majoritar deputatlığa namizədlərdən daha çox Zaur Darğallını, Azər Süeymanovu və Əhməd İmamquliyevi tanıdıqlarını bildirdilər.

Onlar gələcəkdə majoritar deputat olacaq namizədlərdən böyük gözləntilərinin olduğunu və seçkilərin şəffaf keçiriləcəyinə ümid etdiklərini bildirdilər.

Qeyd edək ki, Gürcüstanda Parlament seçkiləri 31 oktyabr tarixində keçiriləcək.


Print Email
FaceBook Twitter Google