Geyim fabrikinin 116 işçisində kovid aşkarlanıb- Poti Bələdiyyəsi

Son məlumatlara görə Potidə geyim fabriki "Acara"-da 116 işçidə koronavirus aşkarlanıb. Bu barədə məlumatı Poti Bələdiyyəsi təsdiqləyib.



"Acara" tikiş fabriki "Acara Tekstil" şirkətinə məxsusdur. Şirkət direktoru Dato Jaiani, geyim fabrikində neçə nəfərə koronavirus diaqnozu qoyulduğunu dəqiq bilmədiyini söyləyib, ancaq bu rəqəmin 50-dən artıq olmadığını qeyd edib
Xalq Sağlamlığının mətbuat xidmətindən verilən məlumata görə, göstəricilər hələ də bölgə daxilində müəyyənləşir və Poti geyim fabrikində neçə nəfərin yoluxduğu barədə hələ dəqiq məlumat verə bilmirlər.

Direktorun sözlərinə görə, Poti geyim fabrikində 1200 nəfər çalışır. Fabrik bu gün keçirilən koronavirus testindən sonra, orada işləyənlərin Covid-19-a yoluxduğu təsdiqləndikdən sonra bağlanıb.

Mövcud məlumatlara görə, Gürcüstanda 13 521 koronavirusa yoluxma halı təsdiqlənib, bunlardan 7 159-u sağalıb, 109-u isə həyatını itirib.


Mənbə: Netgazeti

 

Print